Azərbaycanda rayonlaşdırılmış sortları: Yerli Masallı sədrisi, İstiqlal, Avanqard.
Növbəli əkində yeri. Çəltik becərilən zaman ixtisaslaşmış növbəli əkin tətbiq edilir. Çəltik
bitkisini növbəli əkində düzgün yerləşdirdikdə məhsuldarlığı xeyli yüksəlir. Çəltik növbəli əkinləri
5-9 tarlalı ola bilər. Çəltik təkrar əkilən illərdə bitkinin inkişafı üçün əlverişli aqrometeoroloji
şəraitin yaradılması vacibdir. Bu məqsədlə quraq yerlərdə bitən bitkilər, yonca, üçyarpaq, xəşənbül
tarladan eləcə də təmiz və məşğullu herik altından çıxarılmaqla fasilə edilir. Beləliklə növbəli əkin
ottarlalı və herik briqadalarında yerləşdirilir. Çoxillik paxlalı otların becərilməsindən sonra çəltik
fasiləsiz olaraq 3 il, herik tarlasından sonra iki ildən artıq olmayaraq əkilir. Ottarlalı briqadanın əsas
təyinatı torpağı təzə üzvi maddələrlə zənginləşdirmək, alaqlarla mübarizə və yüksək zülallı yem
istehsal etməkdir. Herik briqadası isə birinci növbədə meliorativ-təmir işlərinin, aralıq bitkilərin
becərilməsinə, eləcə də alaqlarla mübarizə aparılmasına xidmət edir. Ən yaxşı məşğullu herik
bitkiləri - noxud, payızlıq raps, lərgə, gülül, soya, eləcə də pxlalılarla taxılların qarışıq əkinləridir.
Çəltik növbəli əkinlərində təmiz herik natamam komponentdir, belə ki, herik tarlasında azot
ammonium formasından nitrat formasına keçir, amma ondan sonra suya basdırma sərbəst, yəni
molekulyar (N
2
) azotun bərpa olunması və atmosferə uçması ilə nəticələnir. Təmiz heriyin məşğullu
heriklə əvəz edilməsi çəltiyin daha qiymətli və zəruri mineral qidalanma elementlərinin itirilməsinə
səbəb olur.
Aparılmış təcrübələrlə müəyyən edilmişdir ki, növbəli əkində çəltiyin sələfi torpağın
münbitliyini artıran bitkilər olmalıdır. Çəltik eyni tarlada bir neçə il becərilir. Ona görə də növbəli
əkinlərdə bu bitki növbəli əkin tarlasının 60-70%-ni tutur. Çəltik üçün ayrılmış torpaqların
hamarlanmasına, suvarma sisteminə çəkilən xərclər özünü doğruldur. Respublikamızın Şəki-
Zaqatala bölgəsində çəltik növbəli əkini təşkil etməklə vahid tarladan bir ildə iki məhsul almaq
mümkündür. Məsələn, payızda səpilən noxud və çəltik, payızlıq arpa və çəltik.
Payızlıq bitkilər səpilən sahələr çəltik üçün istifadə edildikdə onun alaqlanma dərəcəsi xeyli
azalır.
Növbəli əkində 3 il çəltik becərildikdən sonra aralıq bitki kimi, yaşıl gübrə məqsədilə paxlalı
bitkilər becərilir. Çəltik növbəli əkinlərinin aşağıdakı sxemləri vardır
. 1-3 çəltik, 4-dənli taxıl
bitkiləri, bitkili herik 5-6- çəltik, 7-payızlıq taxılların yonca ilə qarışıq səpini, 8-çoxillik paxlalı
bitkilər.
Azərbaycanda ildə eyni sahədən 2 məhsul almaq məqsədilə tarlaya payızda paxlalı bitkilər
əkilir. Onların məhsulu yazda yığılır, ya da yaşıl gübrə kimi torpağa verilir. Sonra tarla çəltik üçün
becərilir. Payızda arpanı yaşıl yem üçün əkib yazda istifadə etmək, sonra isə həmin sahəni çəltik
üçün becərmək mümkündür.