Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə159/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   155   156   157   158   159   160   161   162   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Torpağın becərilməsi. 
Torpağın becərilməsində məqsəd, orada gedən biokimyəvi proseslərin 
sürətləndirilməsindən, aerasiyanın artırılmasından, kök sisteminin inkişafı üçün şəraitin 
yaxşılaşdırılmasından, alaq otlarının və zərərvericilərin məhv edilməsini sürətləndirməkdən 
ibarətdir. Torpağın becərilməsinə sələf bitkisi yığılan kimi başlamaq lazımdır. Çəltik ağır 
qranulometrik tərkibli torpaqlarda becərilir. Çəltik becərilən torpaqlar dərin şum edilməli, torpaq 
yaxşı xırdalanıb yumşaldılmalıdır. Çəltik zəmisi su örtüyü altında qaldıqda torpağa hava daxil ola 


160 
bilmir. Ona görə də anaerob şəraitdə torpaqda hidrogen–sulfid, dəmir birləşmələri və müxtəlif 
zəhərli maddələr toplanır. Bunun üçün erkən payız şumu ön kotancıqlı kotanla 25-28 sm 
dərinliyində aparılır. Şumun optimal müddətdə aparılması zəhərli maddələrin təsirinin azalmasına 
kömək edir. Şum tirə şəklində saxlanır ki, torpaq yaxşı havalansın. Dondurma şumu yazda becərilib 
yumşaldılır. Köküpöhrəli və kökümsovgövdəli
 
alaqlarla zibillənmiş torpaqlar bir neçə dəfə 
becərilməklə onlardan təmizlənilir.
Çəltik əkinləri üçün yaz şumunun aparılması səmərəli deyildir. Ona görə ki, yaz şumu ilə 
torpaqda əmələ gələn zəhərli birləşmələrə və alaqlara qarşı mübarizə aparmaq az səmərə verir. 
Oktyabrda aparılmış dondurma şumu ilk yazda malalanır, sonra isə sahə laydırlı kotanla 
pərşum edilir. Pərşumdan sonra sahəyə səpindən bir neçə gün əvvəl mala və kultivasiya çəkilir, 
torpağın səthi düzəldilir, ləklər və onların tirələri çəkilir. Tirələr arasında bütün ləklərə suyun 
axması üçün tirələrarası şırımlar açılır. 
Şoran torpaqlarda kotana dərinləşdirici bərkidilir və yaxud laydırsız kotanla 3-5 ildən bir 40-
50 sm dərinliyində yumşaldılır. Bu zaman sıxlaşmış şum altı qat dağılır, aerasiya və su keçirmə 
qabiliyyəti yaxşılaşır. Belə torpaqları 2 mərtəbəli üsulda becərdikdə də yaxşı nəticə verir. Yazda 
torpaq çizel kultivatorla 2 dəfə 12-16 sm dərinliyində yumşaldılır. Birinci yumşaltma erkən yazda, 
2-cisi səpinə 1-2 gün qalmış aparılır. 1-ci kultivasiyadan sonra torpaq səthi qreyderlə 
hamarlaşdırılır. Axırıncı kultivasiyadan sonra torpaq səthi malalanır və ya vərdənələnir. Torpağın 
iki yaruslu becərilməsi PTN-40 markalı kotanla aparılır. Torpağın becərilməsində əməliyyatları 
birləşdirirlər (minimum becərmə), bunun üçün kultivator-freyzerlərdən KFS-3,6 və 2,4-dən istifadə 
edilir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin