161
tökülüb qarışdırılır. Yüngül toxumlar məhlulun üst hissəsinə çıxır, məhlulun dibinə çökən ağır
toxumlar isə seçilib qurudulur və səpilir. Toxumların tarla cücərmə qabiliyyətini yüksəltmək üçün
səpindən 2-3 gün əvvəl toxumlar 18-20 dərəcə istiliyi olan suda isladılır. Sonra isə açıq havada
qurudulduqdan sonra səpilir. Bəzən də 24-26 dərəcə istiliyi olan suda 1-2 gün saxladıqdan sonra
səpilir. Toxumlar səpindən əvvəl 1 tona 2 kq hesabı ilə qranozanla dərmanlanır. Toxumların
bakterial gübrələr və mikro elementlərlə işlənilməsi də müsbət nəticələr verir.
Səpin müddəti, üsulu və normaları.
Səpinin tez aparılması cücərtinin əmələ gəlməsini
gecikdirir və sahədə seyrəklik yaradır, gec aparılmış səpinlərdə isə yetişmə ləngiyir, yığımı
gecikdirir, bu isə məhsuldarlığa mənfi təsir göstərir. Torpağın əkin qatında temperatur 14-15
0
C
olduqda səpin aparılır. Tez yetişən sortları bir qədər gec, may ayının əvvəlində səpmək olar. Gec
yetişən sortlar bir qədər tez müddətdə səpilməlidirlər. Çəltiyin səpini adi cərgəvi, darcərgəvi və
çarpaz üsullarla aparılır.
Şəki-Zaqatala bölgəsində kiçik həcmli ləklərə su doldurulur və taxta bellə (kürək) qarışdırılır
ki, su bulansın və kiçik torpaq hissəcikləri yuxarı qalxsın. Bundan sonra toxum əllə səpilir və həmin
kiçik torpaq hissəcikləri tədricən çökərək toxumun üstünü 0,5-1,0 sm-ə qədər örtür.
Çəltik toxumları əsasən 1-2 sm dərinliyə cərgəvi üsulda səpilir. Səpindən sonra sahə 5-7 sm
qalınlığında suya basdırılır. Bu üsulda toxumları tarlada cücərdirlər sonra alaqlara qarşı herbisid
çilənir, bundan sonra isə ləklər suya basdırılır. Bu üsulun müsbət cəhətləri çoxdur. Çünki, cücərtilər
daha güclü kök sistemi əmələ gətirərək yatmağa qarşı davamlı olurlar. Hektara su sərfi 15-20% az
olur.
Su doldurulmuş ləklərə təyyarə ilə toxum səpmək üsulu digər üsullar mümkün olmadıqda
aparılır. Bu halda gündə 120-150 hektar sahəyə toxum səpmək mümkündür. Üsulun çatışmayan
cəhəti ondan ibarətdir ki, toxumların bir qismi suyun üzərində qalıb tirələrə qədər suyun üzü ilə
hərəkət edərək oraya düşür və nəticədə eyni bərabərlikdə səpilmir.
Səpin normaları və üsulları sort xüsusiyyətlərindən və suvarma rejimindən asılı olaraq dəyişir.
Seyrək səpində alaq otlarının inkişafı üçün şərait yaxşılaşır, sıx səpində isə bitkilər yaşayış
faktorlarından tam istifadə edə bilmirlər. Onların gövdələri uzun və nazik olur. Odur ki, torpaq-
iqlim şəraitindən, suvarma üsulundan və sortun bioloji xüsusiyyətlərindən asılı olaraq səpin norması
düzgün təyin edilməlidir. Çəltik çox kollanaraq məhsuldar gövdələr əmələ gətirir. Səpin norması elə
qəbul edilməlidir ki, yığım vaxtında 1m
2
-də 250-350 və ya 350-450 məhsuldar gövdə olsun. Buna
nail olmaq üçün cərgəvi üsulda hektara 6-7 mln. ədəd cücərən toxum (180-230 kq) səpilir. Səpini 6
sm dərinlikdə apardıqda hektara 6,5-7,5 mln. ədəd cücərən toxum olmalıdır. Yüksək aqrotexnika
tətbiq edilən sahələrdə səpin norması artırılır. Səpin normalarına düzgün riayət edildikdə qabaqcıl
fermer təsərrüfatları hektardan 60-80 sentnerə qədər məhsul əldə edə bilirlər.
Dostları ilə paylaş: