162
Daimi su örtüyü altında
çəltik ləklərində bütün vegetasiya müddətində su örtüyü saxlanılır.
Hektara 30 000 m
3
-ə qədər su sərf olunur. Dayaz səpin üsulunda 1-2 sm ləklər 8-10 sm
qalınlığında su ilə doldurulur. Bitki böyüdükcə su örtüyü tədricən artırılaraq səviyyəsi 12-15 sm-ə
çatdırılır. Yetişmə dövründə su tədricən azaldılır və nəhayət tamamilə qurudulur. Sulufla mübarizə
məqsədi üçün 7-8 günlüyə su örtüyü 20-25 sm səviyyəsində saxlanılır. Kollanma fazasının
əvvəlində su örtüyü 5 sm-ə endirilir, və yenidən 12-15 sm-ə çatdırılır.
Çəltiyi qısa müddətli
suya basdırmaq üsulu ilə becərdikdə toxumlar 4-5 sm dərinlikdə
basdırılır. Sonra tarla suvarılır. Cücərtilər alındıqdan sonra isə alaqlara qarşı herbisid çilənir və
ləklərdə suyun səviyyəsi 6-8 sm-ə çatdırılır. Bitki böyüdükcə suyun səviyyəsi 12-15 sm-ə qaldırılır.
Kollanmanın əvvəlində bitkilər üçün yaxşı şərait yarandıqda onlar güclü
kök sistemi və gövdələr
əmələ gətirirlər. Bunun üçün kollanmanın əvvəlində su örtüyü tədricən azaldılaraq qurudulur,
əkinlərə herbisid çilənir və yemləmə gübrəsi verilir. Yenidən suyun səviyyəsi 12-15 sm-ə çatdırılır.
Su örtüyü mum yetişkənlik fazasının əvvəlinə qədər saxlanılır, sonra tədricən azaldılaraq qurudulur
və mexanikləşdirilmiş yığım aparılmağa şərait yaradılır.
Qısa müddətli suya basdırma ən yaxşı üsuldur.
Fasiləli
suya basdırma üsulunda çəltik becərərkən toxum səpildikdən sonra dərhal ləklərdə 6-
8 sm su təbəqəsi yaradılır. Toxumlar çirtdikdə su örtüyü ləğv edilir. Cücərtilər göründükdə tarlaya
herbisid çilənir və 2-3 gün sonra ləklərdə suyun səviyyəsi 10-15 sm-ə çatdırılır. Kollanma fazasının
başlanğıcında su təbəqəsi 5 sm-ə endirilir. Kollanmanın sonunda isə su təbəqəsi yenidən 10-12 sm-ə
qaldırılır. Yığıma bir neçə gün qalmış su örtüyü tədricən ləğv edilir və qurudularaq yığıma
hazırlanılır.
Dostları ilə paylaş: