Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə164/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   160   161   162   163   164   165   166   167   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

14.3.6. Sorqo
 
Əhəmiyyəti. 
Sorqo hərtərəfli istifadə olunan dənli taxıl bitkisidir. Onun dənindən yarma və 
un, spirt, nişasta, patkə və s. alınır. Onlardan yeyinti sənayesində müxtəlif ərzaq məhsullarının 
hazırlanmasında istifadə edilir. 
Süpürgəlik sorqodan süpürgə və fırça hazırlanır. Dəni qüvvəli yem kimi iribuynuzlu mal-
qaranın və quşların yemləndirilməsində, eyni zamanda kambinə edilmiş yemlərin hazırlanmasında 
da istifadə edilir. Rəngləri qonur və qırmızıtəhər olan dənlərin endospermində aşılayıcı maddə tanin 
vardır. Dəni kimyəvi tərkib etibarı ilə qarğıdalı dəninə yaxındır. Lakin sorqo dənində proteinin 
miqdarı qarğıdalı dənindəkindən bir qədər çox, yağ isə azdır. 
Afrika, Hindistan və Şərqi Asiya ölkələrində sorqo çörək bitkisi kimi istifadə olunur. ABŞ-da, 
İtaliyada, İspaniyada və s. ölkələrdə sorqodan süpürgə hazırlamaq üçün istifadə edirlər.
Sorqo dənində 10-15% zülal, 10% xam protein, 68-82% karbohidratlar, 1,3% sellüloza, 1,5-
3,2% kül elementləri, 2-5% yağ olur. Dənin tərkibində olan qidalı maddələrin həzm olunma 
dərəcəsi qarğıdalınınkından aşağıdır. Odur ki, heyvanın vahid kütlə artımına qarğıdalıya nisbətən 
10-12% çox sorqo yemi sərf edilir. Bir sentner dəndə 119 yem vahidi, yaşıl kütləsində 23,5, 
silosunda - 22, küləşində 49,2 yem vahidi vardır.
Yaşıl kütləsindən heyvandarlıqda təzə yem kimi istifadə olunur, silos, senaj və quru ot 
hazırlanır. Yemlik sorqonun cavan yaşıl kütləsinin tərkibində zəhərli duprin qlükozidi - sinil 
(sianid) turşusu vardır, onun miqdarı bitki yaşlandıqca azalır. Qurudulmuş və siloslaşmış kütlənin 
tərkibində heyvanlar üçün təhlükəli birləşmələr olmur.
Otluq sorqo – Sudan otu ən quru ərazilərdə yetişir və biçindən sonra xora verə bilir. 
Süpürgəlik sorqodan süpürgə və digər əşyalar hazırlanır. Şəkərlik sorqonun yaşıl bitkisinin 
tərkibində şəkərin miqdarı (10-15%) yüksək olduğundan çox yaxşı siloslaşır, bundan əlavə 
tərkibində şəkər olan şəkər çuğunduru və şəkər qamışının alternativi kimi dünyanın bir çox 
ölkələrində şirə (sirop) almaq üçün istifadə edilir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin