Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə165/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   161   162   163   164   165   166   167   168   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkinin tarixi. 
Sorqo qədim tarixə malik olan bitkidir.
 
Onun vətəni Afrika hesab olunur. Bu 
bitki bizim eradan 3000 il əvvəl Çində və Hindistanda becərilmişdir. Avropaya X-XV əsrlərdə 
gətirilmişdir. Sorqo bitkisi Amerikaya 1957-ci ildə Afrikadan gətirilmişdir. Rusiya ərazisində 
becərilməyə 1908-ci ildən başlanılmışdır. Azərbaycanda əvvəllər darı bitkisi adı altında 
becərilmişdir. 1926-cı ildə N. N. Kuleşov ekspedisiya təşkil etmiş və xeyli qiymətli material 
toplamışdır. 
Yayılması və məhsuldarlığı.
Yer kürəsində sorqonun 50 milyon hektara yaxın əkin sahəsi 
mövcuddur. Hindistanda 16 milyon, ABŞ-da 6 milyon, Afrikada 15 milyon hektar əkin sahəsi 
vardır. Dünya üzrə orta məhsuldarlıq hektardan 14 sentnerdən çoxdur. Ən çox əkin sahəsi Asiya və 


164 
Afrika qitəsinin payına düşür. Lakin dünyada əsas istehsal həcmi ABŞ, Meksika və Argentinada 
cəmləşmişdir. Bu ölkələrdə məhsuldarlıq hektardan 3-5 ton təşkil edir. 
Respublikamızda sorqo quraqlığa davamlı bitki kimi becərilir. Quraqlığa davamlı bitki kimi 
nəmlik çatışmayan bölgələrdə onun əkinlərinin genişləndirilməsi məqsədəuyğun hesab edilir. 
Qabaqcıl təsərrüfatlarda onun hər hektarından 50 sentnerə qədər dən məhsulu əldə edilir. 
Botaniki təsviri. 
Sorqo 
(Sorghum)
vegetativ orqanlarına görə qarğıdalıya, çiçək qrupunun 
quruluşuna görə digər süpürgəli taxıllara oxşardır. Ən çox becəriləni dənlik sorqodur. Kök sistemi 
saçaqlıdır, torpağın 2-3 metr dərinliyinə, ətrafa isə 1 metrə qədər yayılır. Hündürlüyü 2,0-2,5 metr, 
öz vətənində hətta 7 metrə çatır. Gövdəsinin üzəri tüklüdür və içərisi özəklə doludur. Buğumaraları 
5,0-10, 11-15, 16-25-ə qədər olur.
Yarpaqları iridir, uzunluğu 40-80 sm, eni 5-15 
sm-ə çatır. Bir bitkidə 10-35 yarpaq əmələ gəlir. 
Çiçək qrupu süpürgədir. Sünbülcükləri budaqcıqların 
nəhayətində iki-iki, yaxud üç-üç yerləşir. Onlardan 
biri oturaq (saplaqsız), ikicinsli və məhsuldar, 
digərləri uzun saplaqlı və məhsulsuz (yalnız erkəkcik 
əmələ gətirdiyi üçün) olur. Dənləri örtüklü, 
yarımaçıq və çılpaqdır. Örtülü dənlərdə örtüyü 
sünbülcük pulcuqları əmələ gətirir. Örtüyü, yəni 
sünbülcük pulcuqları ağ, darçını, qırmızımtıl, küləşi-
sarı rənglidir. 1000 ədədinin kütləsi 25-45 qramdır. 
Nüvəsi ağ, boz, bozumtul və darçını rəngdədir.
Sorqonun 50-yə yaxın birillik və çoxillik 
yabanı və mədəni növləri vardır.
Əsas becərilən növlər aşağıdakılardır. 
1.
Cuqara- 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin