Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxumun səpinə hazırlanması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə168/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   164   165   166   167   168   169   170   171   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxumun səpinə hazırlanması. 
Toxumun seçilməsi və səpinə hazırlanmasına məhsul yığımı 
dövründən başlanılmalıdır. Məhsul yığımı zamanı sorta uyğun olan tipik bitkilər seçilməli və 
onların dəni tam yetişdikdə ayrıca yığılmalıdır. Toxumlar yığıldıqdan sonra üç aya kimi sakitlik 
dövründə olur. Səpindən əvvəl toxumlar açıq havada günəş altında isidildikdə onların cücərmə 
qabiliyyəti artır. Sürmə xəstəliyinə qarşı bir ton toxuma 1,5-2,0 kq hesabı ilə raksil və fenturamla 
dərmanlanır. Toxumların azotobakterin, fosforobakterin və mikroelementlərlə işlənməsi 
məhsuldarlığı artırır.
 
Səpin müddəti, üsulu və norması.
İstilik sevən bitki kimi sorqo toxumları torpağın əkin 
qatında temperatur 12-15 
0
C olduqda səpilir. Qranulometrik tərkibi yüngül olan torpaqlarda ağır 
torpaqlara nisbətən səpin tez aparılır. Yem məqsədi üçün sorqonun kövşənlik əkinləri də 
əlverişlidir. 


166 
Sorqo kvadrat yuva üsulunda 60 x 60, 70 x 70 və 90 x 90 sm sxemlərində hər yuvaya 4-6 
toxum hesabı ilə, nöqtəvi 70 x 35 və 60 x 30 sm, səpilir. Kifayət qədər nəmli və suvarılan 
bölgələrdə hektara 60-160 min, nəmlik az düşən yerlərdə 40-50 min bitki sıxlığı olmalıdır. Yaşıl 
yem və quru ot üçün sorqonu taxılsəpənlərlə cərgəvi və ya iki cərgəli lent üsulunda (45 x 15) 
səpmək yaxşı nəticə verir. 
Punktir üsulla cərgəaraları 60-70 sm, bitki araları 15-20 sm (dən üçün) götürülür, səpin 
CTCH-6 markalı maşınla aparılır. Sorqonu səpici-kultivator C3C-2,1M aqreqatı ilə də səpmək olar. 
Bu aqreqatla cərgəaraları 70 sm olan səpin aparıldıqda iki kənar saşnik çıxarılır, ortadakı cığıraçan 
saxlanır. Bu aqreqat səpini az norma ilə aparır. Ona görə də toxum qum və ya dənəvərləşdirilmiş 
superfosfatla qarışdırılaraq səpilir. Punktir əkinlərdə hektara 10-14 kq, kvadrat-yuva üsulunda 6-10 
kq, cərgəvi və iki cərgəli lent üsulunda 20-25 kq toxum səpilir. Qranulometrik tərkibi ağır olan 
torpaqlarda toxum 3-5 sm, yüngül torpaqlarda isə 6-8 sm dərinliyində basdırılır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin