Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə173/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   169   170   171   172   173   174   175   176   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

2. Gədəbəy - 41. 
Azərbaycan Elmi - 
Tədqiqat Əkinçilik İnstitutunda Gədəbəy 
rayonunun yerli sortları ilə qarışığından fərdi seçmə üsulu ilə yetişdirilmişdir. 
Əyilən süpürgəli yarımnövün 
Subsanquineum
növmüxtəlifliyidir. Süpürgəsi bənövşəyi rəngli, 24-
27 sm uzunluğunda, seyrək, budaqları nazik və zərifdir. Süpürgənin yuxarı hissəsindəki budaqlar 
bir qədər əyilmiş vəziyyətdədir. 
Dəni tünd qırmızı rəngli, oval-uzunsov, iridir. 1000 ədəd dənin kütləsi 5,2 – 6,5 qram, həcmi 
kütləsi 700-760 qram, pərdəliliyi 22-26%-dir. Yarma çıxımı 70-76% olub, yarmasının keyfiyyəti 
yaxşıdır. Nüvəsinin pərdədən təmizlənmə dərəcəsi ortadır. 
Bitkisi 90-120 sm hündürlüyündə, qüvvətli kollanandır. Gövdəsinin buğumaralarının sayı 6-
7-dir. Yerə yatmağa qarşı davamlı, gec yetişən sortdur. Vegetasiya müddəti 100-120 gündür. 
Quraqlığa davamlıdır. Yaz soyuqlarına yaxşı dözür. Xəstəliklərə zəif tutulur. 
Yüksək məhsuldar sortlar sırasına daxildir. Hektardan orta hesabla 19,9 sentner məhsul verir. 
Respublikamızın orta dağlıq bölgəsində rayonlaşdırılmışdır. 
Şəkil 14. Darının yarımnövlərinin süpürgələri: 
1 – dağınıq; 2 – asılan; 3 - əyilən; 4 – yarımkip; 5 – kip. 


170 
3. Sarı darı. 
Azərbaycanın yerli sortudur. Əyilən süpürgəli yarımnövün 
Aureum
növmüxtəlifliyidir. Süpürgəsi 23-24 sm uzunluğunda, dağınıq, bir tərəfə əyilmiş, budaqları uzun və 
nazikdir. Dəni qızılı-sarı rəngli, kürə formalı, nisbətən xırdadır. 1000 ədəd dənin kütləsi 4-5 qram, 
həcmi kütləsi orta hesabla 700 qramdır. Çiçək pulcuqları qalın olduğu üçün pərdəliliyi yüksəkdir - 
24-27: təşkil edir. Yarma çıxımı 70%, yarmasının keyfiyyəti ortadır. Nüvəsi pərdədən çətin 
təmizlənir. 
Bitkisi ortaboylu – 20-100 sm hündürlüyündədir. Gövdəsinin buğumaralarının sayı 5-8-ə 
qədərdir. Yerə yatmağa qarşı orta dərəcədə davamlı, gecyetişən sortdur. Tam vegetasiya müddəti 
100-120 gündür. Quraqlığa o qədər də davamlı deyildir. Xəstəliklərə orta dərəcədə davamlıdır. 
Məhsuldarlığına görə 
Şəki – 6
darısından geri qalır.
Respublikanın alçaq-dağlıq və orta-dağlıq bölgələrində və Naxçıvan MR-nın nəmli 
ərazilərində rayonlaşdırılmışdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin