Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxumun səpinə hazırlanması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə177/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   173   174   175   176   177   178   179   180   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxumun səpinə hazırlanması. 
Yüksək keyfiyyətli toxum əldə etmək üçün fermer 
təsərrüfatlarının ayrıca toxumluq sahəsi olmalıdır. Həmin sahədə becərmə texnologiyasının bütün 
şərtlərinə əməl edilməklə optimal müddətdə və yüksək səviyyədə həyata keçirilməlidir. Məhsul 
yığımı dövrü süpürgənin yuxarı hissəsinin toxumları ayrıca toplanmalıdır. Çünki yuxarı hissədə 
olan dənlər nisbətən tez əmələ gəlir, daha sağlam və ehtiyat qida maddəsi ilə zəngin olurlar. Yaxşı 
və keyfiyyətli çıxışlar almaq üçün iri toxumlar seçilməlidir. Toxumluq material toxumtəmizləyən 
maşınlarda çeşidlənməlidir. Səpin üçün 1,7-2,0 mm iriliyində olan toxumlar seçilməlidir. Səpin 
üçün götürülmüş toxumlar termiki üsulla 100 kq toxum 25 litr suda 28 
0
C temperaturda iki sutka 
saxlanılır və sonra qurudulur. Toxumlar havada qurudulduqdan sonra sürmə xəstəliyinə qarşı 1 ton 
toxuma 1 kq hesabı ilə qranozan və merkurbenzolla dərmanlanır. Bu da məhsuldarlığı 10-15% 
artırır. Zərərvericilərdən mühafizə məqsədilə 12%-li heksaxloran işlənilir. Aparılmış təcrübələrlə 
müəyyən edilmişdir ki, darı toxumu səpinqabağı azotobakterin və fosforobakterinlə işləndikdə 
məhsuldarlıq nisbətən yüksəlir. 
Səpin müddəti, üsulu və norması.
Faraş səpin zamanı
 
darının toxumları cücərməmiş halda 
torpaqda qalır. Qıllıca və sair alaqlar cücərərək sahəni alaqlayır. Temperatur yüksəldikdə darı 
toxumları cücərti verir, sahə alaqlı olduğundan cücərtilər zəif olur və yaxşı inkişaf edə bilmir, bəzən 
də tamamilə məhv olurlar. 
Torpağın əkin qatında temperatur 14-15 
0
C olduqda aprel ayının ikinci yarısında səpin 
aparılır. Gec aparılan səpinlər yaxşı nəticə vermir. Belə ki, bitkinin xüsusiyyətlərinə uyğun olaraq 
inkişaf fazaları optimal şəraitdə keçmir. 
Darının səpin üsulu müxtəlifdir. Onu gencərgəli (cərgəarası 45 sm), zolaqlı (cərgəarası 7,5 
sm) zolaqarası 60 sm, adi cərgəvi (12-15 sm) və yuva üsulu səpinləri mövcuddur. Suvarılan 
bölgələrdə geniş istifadə olunan səpin üsulu adi cərgəvi (cərgəarası 12-15 sm), dəmyə şəraitdə isə 
gencərgəli cərgəarası 45 sm–dir. 
Səpin norması toxumun iriliyindən, torpaq tipindən, səpin üsulundan və s. şərtlərdən asılı 
olaraq dəyişir. Dəmyə şəraitdə gencərgəli üsulla səpin apardıqda hektara 1,5-2,0 milyon ədəd və ya 
15-18 kq cücərmə qabiliyyətli toxum, suvarılan bölgələrdə başdan-başa adi cərgəvi üsulla (12-15 
sm) səpin apardıqda hektara 2,5-3,0 milyon ədəd və ya 25 kq toxum götürmək lazımdır. Torpaqların 
qranulometrik tərkibindən və toxumların iriliyindən asılı olaraq toxumları 2-5 sm dərinliyə 
basdırmaq lazımdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin