Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə197/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   193   194   195   196   197   198   199   200   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Əkinlərə qulluq. 
Sahə arat edilməyibsə səpindən sonra dərhal suvarılmalıdır. Sahəni 
malalamaq alaqlara qarşı mübarizədə ən sadə və effektli üsuldur. Cücərtiyə qədər və 3-5 yarpaq 
fazasında 1-2 iz malalama bir illik alaqları 60-80% məhv edir və torpağın qaysağını dağıdaraq onu 
yumşaldır. Cücərtilərə qədər sahə rotasiya malası ilə malalanmalıdır. Cücərtilər 6-8 sm hündürlükdə 
olduqda malalama aparılmır.
Mart ayının ortalarında qönçələməyə qədər 1-ci, çiçəkləmə fazasında 2-ci, toxumlar 
yetişməyə başladıqda 3-cü suvarmanı keçirmək lazımdır. Alaqlarla mübarizədə ən yaxşı tədbir 
kimyəvi üsuldur. 3-5 yarpaq fazasında 2M-4XM 80%-li suda həll olan tozundan hektara 2,5-3,8 kq 
və ya 48%-li baziqrandan 3-4 kq verilə bilər.
Zərərvericilərə (
yumru uzunburunu
) qarşı 80%-li xlorofosdan hektara 1,0-2,5 kq, metafosun 
40%-li emulsiyasından 0,5-1,0 kq işlətmək olar.


187 
Qönçələmə fazasında yarpaqyeyən və noxud mənənəsinə qarşı mübarizə üçün 40%-li 
fosfamidin emulsiyasından hektara 1 litr işlədilir. Əgər 10-15 mənənə sahənin kənarında görünübsə, 
dərman sahənin kənarına, yaxud əks halda bütün sahə başdan-başa dərmanlanmalıdır.
Məhsulun yığılması. 
Məhsul yığımı ən mürəkkəb texnoloji prosesdir. Əsas yığım üsulu 
hissə-hissə yığımdır. Paxlaların 60-70%-i qonur rəng aldıqda JRB-4,2 biçim maşını ilə və ya PV-
2,1 və PVA-4 qurğusu ilə təchiz edilmiş KC-2,1 markalı ot biçənlə biçilib laylarla səpilməlidir.
Dəndə 16-19% nəmlik olduqda kütlə PQT-3, PPT-3A layqaldırıcı ilə təchiz edilmiş SKD-5, 
SK-5 və ya SK-5A markalı kombaynlarla döyülməlidir.
Noxud taxıl bitkiləri üçün yaxşı sələf olduğundan yığımdan dərhal sonra saman sahədən 
çıxarılmalı torpaq becərilməlidir.
Respublikamızın suvarılan bölgələrində bu bitkini təmiz səpdikdə uzun nazik gövdələr əmələ 
gətirir. Əksər hallarda yerə yatırlar zoğlar çürüyür, paxla yaxşı dən bağlamır. Yatmanın qarşısını 
almaq üçün arpa bitkisi ilə qarışıq əkmək lazımdır.
Təmiz səpində hektara 200 kq arpa planlaşdırılıbsa qarışıq əkin üçün onun 75%-i, yəni 150 
kq; noxudun təmiz səpinində hektara 300 kq toxum səpmək planlaşdırılıbsa qarışıq əkini üçün 30%-
i miqdarında yəni 90 kq noxud toxumu götürülməlidir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin