Bioloji xüsusiyyətləri. Nut istiliksevən bitkidir, istiliyə ən çox çiçəkləmə və yetişmə
dövründə ehtiyac duyulur. Eyni (-16-18
0
) zamanda şaxtaya dözümlüdür. Toxumlar 3-5
0
C
temperaturda cücərir. Optimal temperatur 20
0
C-dir. Quru səhra bitkisidir. Nəmli rayonlarda və
yağıntının miqdarı çox olan zonalarda askoxitoz və fuzarioz xəstəliklərinə tutulur. Torpağa tələbkar
deyildir. Paxlaları yetişəndən sonra açılmır. Nut şabalıdı, açıq-şabalıdı, qara torpaqlarda yaxşı bitir.
Çox şorlaşmış torpaqlarda becərilmir. Uzun gün bitkisidir. Vegetasiya müddəti payızda 230-245,
yaz səpinində 60-80 gündür.
Azərbaycanda rayonlaşdırılmış sortları: Yerli ağ toxumlu, AzNİİZ – 304, AzNİİZ – 303,
Nail, Nərmin.
Becərilmə texnalogiyası. Payız əkinində qarğıdalı, şəkər çuğunduru, payızlıq taxıllardan
sonra əkilə bilər.
Yaz səpini üçün ən yaxşı sələf payızlıq taxıllar və cərgəarası becərilən bitkilərdir. Taxıldan
sonra kövşən yeri üzlənməli, səpinə 20-30 gün qalmış 28-30 sm dərinlikdə əsas şum qaldırılmalı,
dərhal malalanmalıdır. Səpindən qabaq sahəyə mala çəkilməlidir və torpağın səthi mütləq
kultivatorla becərilməli, hamarlanmalıdır.
Nutu yazda səpmək üçün sahə dondurma şumu edilir. İlk yazda şum malalanır, sonra
kultivasiya çəkilir və təkrar malalanır.
Fosfor və kalium gübrəsinin əsas hissəsi şum altına, az miqdarda səpin zamanı cərgələrə
verilir. Yazda 30-40 kq yemləmə gübrəsi NH
4
NO
3
verilir.
Səpin üçün təmizlənmiş və çeşidlənmiş toxumlardan istifadə olunmalıdır. Səpindən qabaq
toxumlar nitraginlə işlənilməlidir.
Səpin yazda torpaqda temperatur 6-8
0
C-yə çatdıqda, yəni fevralın axırı, martın əvvəlində
aparılır. Payız səpini o qədər də əlverişli olmur.
Ən yaxşı səpin üsulu dəmyə şəraitdə 30-45 sm olan gencərgəli səpin üsuludur. Suvarma
şəraitində zolaqlararası 60 sm, zolaqda cərgəarası 15-20 sm olan 2 cərgəli zolaq üsulu daha çox
məhsul verir. Adi cərgəvi səpinlərdə hektara 0,7-1,0 milyon cücərə bilən toxum, yaxud 200-300 kq,
gencərgəli (30-45 sm) səpin üsulunda isə payız səpinində 400 min ədəd, yaz səpinində isə 500-600
min ədəd toxum səpilməlidir.
Toxum 5-6 sm dərinliyə basdırılmalıdır. Ağır torpaqlarda toxum bir qədər dayaz, qumsal
torpaqlarda isə dərin basdırılmalıdır.