193
Mancuriya yarımnövü
- kolu 60 - 90 sm hündürlüyündə,
gövdəsi orta dərəcədə
budaqlanandır, nisbətən yoğundur, sarmaşan deyildir, ancaq yerə də yatmır. Çiçək salxımı qısa, az
çiçəklidir. Paxlaları orta uzunluqda 4,0 – 4,8 sm, toxumları orta irilikdə şişkindir.
Yaponiya yarımnövü
- kolu 60 - 100 sm hündürlüyündə, gövdəsi orta dərəcədə budaqlanan,
yoğun qabadır. Yarpaqları və çiçəkləri iridir. Çiçək salxımı uzun, çoxçiçəkli, paxlaları
iri və orta
irilikdədir. Toxumları iri, kürəşəkilli, azacıq yastıdır.
Bioloji xüsusiyyətləri.
Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə
daha yüksək yəni 18-25
0
C temperatur tələb edir. Toxumlar 6-8
0
C temperaturda cücərir. Soyanın
cücərtisi –2-5
0
C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu
bitki çiçəkləmə və dəndolma
fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15-40 gün,
gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir. Şoran və şorakət
torpaqlardan başqa digər torpaqlar soya üçün əlverişlidir. Soya pH=6,5-7,0 olan neytral reaksiyalı
torpaqlarda daha yaxşı inkişaf edir.
Azərbaycanda rayonlaşdırılmış sortları:
Plamya, Majesta, Umanskaya – 1
Dostları ilə paylaş: