Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Bitkinin tarixi və yayılması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə211/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   207   208   209   210   211   212   213   214   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkinin tarixi və yayılması. 
Mərcimək qədim dövrlərdən becərilən kənd təsərrüfatı 
bitkisidir. Ərzaq bitkisi kimi qədim misirlilərdə, hindlilərdə, ərəblərdə, qədim yunan və Roma 
mədəniyyətində yaxşı məlum olub. Vətəni Himalay əraziləri hesab edilir. Rusiya ərazisində XIV – 
əsrdə yayılmışdır. 
Mərciməyin yer kürəsində əkin sahəsi bir milyon 
hektardan çoxdur. Rusiyada Volqaboyu, Mərkəzi-
Qaratorpaq zonaları, Qərbi Sibir, Ukrayna və 
Qazaxıstanda , Türkiyədə becərilir. 
Orta məhsuldarlığı hektardan 13-14 sentnerə çatır. 
Yüksək məhsul götürmək mümkündür, bəzi yerlərdə 
məhsuldarlıq hektardan 30-35 sentnerə çatır. 
Botaniki təsviri. 
Mərcimək – 
Ervum 
yaxud 
Lens 
cinsi botaniki cəhətcə o qədər də zəngin deyildir. Beş 
növü əhatə edir ki, onlardan yalnız adi mərcimək – 
Ervum 
lens,
yaxud
Lens esculenta 
mədənidir. Bütün növləri 
birillik alçaq boylu bitkidir. 
Adi mərcimək vegetativ və meyvə orqanlarının 
iriliyinə və təsərrüfat əhəmiyyətinə görə iki yarımnövə 
bölünür. 
1.
İri toxumlu mərcimək – 
Subsp.. macrosperma 
2.
Xırdatoxumlu
 
mərcimək 
- Subsp. microsperma 
İritoxumlu mərcimək
bitkinin gövdəsi nazik 
dördkünc, yatmağa meylli, hündürlüyü 40-75 sm 
cütlələkşəkilli, yarpaqcıqları iri, oval formalı, yaxud 
uzunsov, çiçəkləri iri ağ, yelkəninin rəngi mavidir. 
Toxumları iridir, lakin qabarıq deyildir, tili itidir. Ləpələri sarı, az hallarda narıncı rəngli olur. 
Xırdatoxumlu mərcimək 
– bitkisi alçaq boylu 30-35 sm hündürlüyündə, yarpaqcıqları xırda, 
çiçəyi bənövşəyi, göy, ağ, bənövşəyi-göy rənglidir. Toxumları xırda, şişkin, küt qabırğalı, ləpələri 
narıncı rəngli yaxud sarımtıldır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin