Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə217/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   213   214   215   216   217   218   219   220   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri. 
Lüpin – (
Lupinus) 
cinsi botaniki cəhətdən çox zəngin bitkidir. Müəyyən 
edilmişdir ki, 300 – dən çox növü əhatə edir. Mənşəyinə görə növlərin əksəriyyəti (280-dən çoxu) 


200 
Yeni dünya, (12 növü) Köhnə dünya ölkələrinə aiddir. 
Kök sistemi oxvarıdır, gövdəsi düz dayanan, qabırğalıdır. Çiçəyi əsas gövdənin və yan 
budaqların nəhayətində müxtəlif formalı və böyüklükdə qotazdır. Sarı və çoxillik lüpin çarpaz 
tozlanır, ensizyarpaq və ağ lüpin isə öz-özünü tozlayandır. Paxlaları yetişəndə açılaraq (ağ lüpin 
müstəsna olmaqla) toxumu tökülür. 
Köhnə dünya lüpinlərindən yalnız – 
L. somaliensis
adlanan növü Şərqi Afrikada yayılmış, 
qalanları isə Aralıq dənizi ölkələrində toplanmışdır.
Tarlaçılıqda Aralıq dənizi qrupunun birillik növlərindən ensizyarpaq, sarı çiçəkli və ağ 
çiçəkli, Amerika qrupunun çoxillik növlərindən yalnız biri becərilir. Növlər bir-birindən kimyəvi 
tərkibi və bioloji xassəsi ilə bərabər, bitkilərinin quruluşuna görə də fərqlənirlər. 
Ensizyarpaq lüpin -
L. angustifolius
gövdəsi 1-1,5 m hündürlüyündə seyrək səpinlərdə 
gövdəsi bütün boyu bərabəri, sıx səpinlərdə isə yalnız yuxarı hissəsində budaqlanır. Bitkisi 
yüngülvari tüklüdür. Yarpağının yarpaqcıqları 7-9 ədəd, ensiz-lansetvarı, çiçəkləri göy, mavi, 
bənövşəyi, ağ, çəhrayı və s. rənglidir. Öz-özünü tozlayan bitkidir. 
Ləçək yarpaqları göy olanları göy lüpin adlanır. Paxlası şişkin, 4-6 toxumlu, toxumları iri, 
böyrəkşəkilli, boz, bozumtul-qonur, qəhvəyi, az hallarda ağ rəngli olur. Rəngli toxumları saya 
(birrəngli), yaxud iki rəngli mərmər kimidir. Toxumun mütləq kütləsi 150-180 qramdır. Çox 
polimorf növdür.
Sarı lüpin – L. luteus
alçaq boylu birillik növdür. Gövdəsi 70-80 sm hündürlüyündə aşağı 
hissədə budaqlanan, tüklü və şırımlıdır. Yarpaqcıqları 8-11 ədəd, enlilansetvarı, kütdür. Çiçəkləri 
tünd sarı rəngli, ətirlidir. Əksər hallarda çarpaz tozlayır. Paxlası basıq, 3-5 toxumlu, toxumları 
yuvarlaq böyrəkşəkilli, yan tərəflərindən zəif basıq, səthi mərmər kimi, ləkəli və boz, bəzilərində 
sarımtıl, yaxud ağ və saya olur. Toxumun mütləq kütləsi 100-140 qramdır. 
Ağ lüpin -
L. albus
gövdəsi 1-2 m hündürlüyündə, yoğun yalnız yuxarı hissəsində 
budaqlanandır. Bitkisi ağ, yumşaq tükcüklərlə örtülüdür. Yarpaqcıqları 7-9 ədəd, uzunsov-oval 
formalıdır. Çiçək salxımı az çiçəklidir. Çiçəyinin tacı ağ, mavi, göyümtül-ağ rənglidir. Öz-özünü 
tozlayan bitkidir. Paxlası uzunsov 8-11 toxumlu, toxumları çəhrayımtıl-ağ rəngli, olduqca iri, yan 
tərəflərindən kəskin bucaqlıdır. Toxumun mütləq kütləsi 250-450 qramdır. 
Çoxillik lüpin – L. polyphyllus
birinci ili çox zəif inkişaf edir. İkinci və sonrakı illərdə güclü 
böyüyərək hündürlüyü 1,5 metrə çatır. Yarpaqcıqları 9-16 ədəd, enlilansetvarı, yuxarısına doğru 
sivriləşmişdir. Çiçəkləri göy-bənövşəyi rənglidir. Paxlası nazik, toxumları xırda, ovalşəkilli, tünd 
qəhvəyi rənglidir. Toxumun mütləq kütləsi 20-45 qramdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin