Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə226/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   222   223   224   225   226   227   228   229   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Torpağın becərilməsi. 
Becərmədə əsasən alaq otları məhv edilir və torpağın ehtiyat nəmliyi 
qorunub saxlanılır.
Üzləmə.
Payızlıqların yığılması ilə eyni zamanda və ya dərhal ondan sonra kövşən 5-7 sm 
dərinlikdə diskli üzləyicilər vasitəsilə, kökümsovgövdəli alaqlarla zibillənmiş tarlalarda isə gavahıı 
üzləyicilərlə 12-14 sm dərinlikdə üzlənir. Alaq otu toxumlarının cücərməsini gücləndirmək üçün 
üzləmədən sonra sahədə 600-700 m
3
/ha həcmində aldadıcı suvarmalar aparılır və 3-4 həftədən sonra 
şum qaldırılır. Əgər çuğundur əkiləcək sahə çoxillik köküpöhrəli alaqlardan tarla qanqalı, çəhrayı 
qanqal, tarla sarmaşığı ilə zibillənmiş olarsa şumdan qabaq hektara 2,5-3,0 kq miqdarında başdan-
başa 2,4 D-nin amin duzu və ya 1,0-1,5 kq 2,4 D-nin butil efiri 10 kq ammonium şorası ilə 


208 
qarışdırılaraq 300 litr su ilə sahəyə çilənməli, sonra şum qaldırılmalıdır.
Dondurma şumu.
Şum 28-30 sm dərinlikdə edilir. Şum qatı kifayət qədər dərin olmayan 
torpaqlarda torpaq dərinləşdirici tətbiq edilir. Üzləmədən sonra dondurma şumu ön kotancıqlı 
kotanla oktyabr ayında gələcək səpinin eninə edilməlidir. Dondurma şumundan əvvəl torpağa üzvi-
mineral gübrələr verilir.
Yaz becərməsi.
 
Rütubəti saxlamaq üçün fevral ayında tarlada şumun eninə malalama aparılır. 
Malalamadan sonra 10-14 sm dərinlikdə kultivasiya edilir. Əgər payız-qış aylarında tarla 
suvarılmayıbsa səpinqabağı suvarma aparılır. 
Çünki, ağır torpaqlarda səpsuvar keçirilməsi qaysaq 
əmələ gətirir və cücərtilər bunun altından çıxa bilmirlər
. Aratdan sonra torpaq yetişən kimi 
səpinqabağı kultivasiya aparılır və mala çəkilir. Kultivasiyanın altına alaqlarla mübarizə məqsədilə 
müvafiq herbisidlərin biri verilir.
Səpinqabağı hazırlıq bilavasitə çuğundur səpininə 3-4 gün qalmış aparılır. Səpinqabağı 
becərmədən əvvəl arat keçirmək lazımdır. Aratdan sonra torpaq yetişən kimi səpinqabağı 
kultivasiya və malalama keçirilir. 
Səpinqabağı kultivasiya şumun istiqamətində, toxumların 
basdırılacağı dərinlikdə (3-4 sm) aparılır. 
Cərgəarası becərilən bitkilərdən sonra şəkər çuğunduru yerləşdiriləcək tarlalarda sələf
bitkisinin məhsulu yığılan kimi sahə ön kotancıqlı kotanla şumlanır və payız-qış dövründə müvafiq 
becərmələr aparılır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin