209
gətirilməlidir. Xəstəliklərə qarşı dərmanlanmalı və mikroelementlərlə işlənilməlidir.
Səpinqabağı,
bilavasitə təsərrüfatlarda 8 litr su və 1 qr. Kəhrəba turşusu qatışdırılaraq 100 kq toxuma çilənməsi
yaxşı nəticə verir.
Səpin müddəti, üsulu, norması və toxumun basdırılma dərinliyi.
Şəkər çuğunduru
torpağın 5-6 sm dərinliyində temperatur 7-8
0
C olduqda səpilməlidir. Səpin qısa müddətdə 3-5 günə
başa çatdırılmalıdır. Respublikanın əksər rayonlarında şəkər çuğundurunu fevralın axırı – martın
əvvəlində səpmək olar.
Suvarma şəraitində ən yaxşı səpin üsulu cərgəarası 60 sm olan gencərgəli nöqtəvi səpindir.
Pambıqçılıqla məşğul olan təsərrüfatlarda 60-90 sm-lik cərgə aralarına və qarğıdalı-tərəvəz
təsərrüfatlarında 70 sm-lik cərgələri becərməyə imkan verən kompleks maşınlar olur. Ona görə də
əgər təsərrüfatda çuğundurun becərilməsinə aid xüsusi, kompleks çuğundur maşınları olmadıqda, bu
zaman bitkinin becərilməsində pambıq, qarğıdalı və ya tərəvəz texnikasından istifadə etməyə imkan
verən səpin üsulu seçilməlidir (CCT-8, CCH-12, CK-18, CKP-12, CCT-12A).
400-500 sentner kökümeyvə məhsulu almaq üçün yığımqabağı hektarda 95-100 min bitki
olmalıdır. Cərgəarası 60 sm olan suvarma zonalarında bitki arası məsafə 10-15 sm götürülür. Hal-
hazırda punktir səpin üsulu daha geniş tətbiq olunan əlverişli üsul sayılır. Bu üsulda toxumlar
arasında məsafə qoyulur, normal cücərtilər alındığından seyrəltməyə ehtiyac qalmır. Hər metrə 20
toxum səpilir. Cərgəarası 60 sm olduqda səpin norması hektara 10-12 kq, 45 sm olduqda isə 30 kq
götürülür.
Torpaq səpinə yaxşı hazırlandıqda və səpin üçün yüksək keyfiyyətli toxum işlətdikdə hər metr
cərgəyə 10-15 toxum səpib 6-7 cücərti saxlamaq məsləhətdir. Səpin zamanı aqreqat saatda 4-5 km
sürətlə hərəkət etməlidir. Toxum torpağın qranulometrik tərkibindən asılı olaraq ağır boz
torpaqlarda 2,5-3 sm, yüngül və orta gilli şabalıdı, qonur və qəhvəyi torpaqlarda 3-5 sm, kövşənlik
əkinlərində isə 2-3 sm dərinliyə basdırılmalıdır.
Dostları ilə paylaş: