218
kökümeyvələr kartofqazanla yaxud kartofyığan kombaynla qazılıb çıxarılır. Eləcə də bu bitkilər
kökümeyvə yığan maşınlarla da yığılır.
Şalğam və turnepsin kökümeyvələri yerüstü saxlama xəndəklərində və digər saxlama
yerlərində saxlanılır. Saxlayarkən temperaturu 1-2
0
C –də, nisbi rütubəti isə 85-95%-də saxlamaq
məqsədə uyğundur. Turneps şalğama nisbətən pis saxlanılır, ona görə də ilk növbədə heyvanlara
onu vermək lazımdır.
Anac kökümeyvədən toxum almaq üçün şalğam 70 x 60 yaxud 70 x 70 sxemində, turneps isə
70 x 35 sxemində basdırılır (əkilir). Kökümeyvə elə basdırılmalıdır ki, 2-3 sm –ə qədər başcıq
torpaqla örtülmüş olsun. Yenidən tozlanmanın qarşısını almaq üçün hər iki bitkinin toxumluq
sahəsini biri-birindən 2 km uzaqlaşdırmaq zəruridir.
Toxumluqların yığılması əl ilə yaxud iki fazalı üsulla, toxumların 25-30%-i açıq - darçını,
lakin qınların özü isə açıq-sarı yaxud sarı-yaşıl rəng aldıqda aparılır. Toxumların yetişməsi zamanı
sahəni quşlardan qorumaq zəruridir. Toxumun döyülməsi taxıl kombaynları ilə həyata keçirilir.
Texnoloji normalara riayət edildikdə hektardan 1,5 ton toxum yığmaq mümkündür.
Dostları ilə paylaş: