Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları -17



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə239/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   235   236   237   238   239   240   241   242   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Tapşırıq və yoxlama sualları -17
1.
Şəkər çuğundurunun morfoloji xüsusiyyətlərini göstərin. 
2.
Kökümeyvənin kütləsi və şəkərliliyinə görə şəkər çuğundurunun təsnifatını verin. 
3.
Kökümeyvəlilərin ayrı-ayrı növlərinin potensial məhsuldarlığı necədir? 
4.
Ontogenez dövründə şəkər çuğunduru və yemlik kökümeyvəlilərin həyat silsiləsini 
sadalayın. 
5.
Şəkər çuğundurun çiçəkləməsinin əsas səbəbini göstərin. 
6.
Vegetasiyanın ikinci ili kökümeyvəli bitkilərin boy və inkişafının xüsusiyyətləri necədir? 
7.
Kökümeyvəlilərin növbəli əkində yerini əsaslandırın. 
8.
Kökümeyvəlilər üçün torpağın səpinqabağı hazırlanması necə həyata keçirilir 
9.
Şəkər və yem çuğunduru toxum materialının səpin qabağı hazırlanması barədə danışın. 
10.
Kökümeyvəliləri toxum üçün becərərkən torpaqdan çıxarmadan birbaşa toxum almanın 
nə kimi xüsusiyyətləri vardır? Kökümeyvənin çıxarılaraq yenidən toxum məqsədilə 
əkilməsini müqayisə etdikdə onun nə kimi üstünlükləri və çatışmazlıqları vardır. 
11.
Dəyərli ərzaq kimi yerkökünü barədə danışın.
12.
Yerkökünün səpin müddəti və üsullarını göstərin.
13.
Şalğam və turnepsin bioloji xüsusiyyətlərini sadalayın. 
FƏSİL 18. KÖKÜYUMRULAR 
Köküyumrulu bitkilərə kartof (
Solanum tuberosum L.
), yer armudu (
Helianthus tuberosus 
L.
), batat (şirin kartof) (
İpomoea batatas Lam.,
), maniok (
Manihot Tourn. Ex Adans – 
çoxillik 
ağacvarı bitki), taro (
Colocosia antiquarum L. Schott
), və yams (
Dioscorea alata L.
) daxildir.
Kartof və yerarmudu istisna olmaqla göstərilən bitkilər Asiya, Afrika və Amerika qitələrinin tropik 
və subtropik bölgələrində ərzaq, texniki məqsədlər və heyvandarlıqda yem kimi istifadə olunur. 
Köküyumrulardan Azərbaycanda ən çox kartof və yer armudu yayıldığına görə onların becərilmə 
texnologiyalarının öyrənilməsinə daha çox yer ayırmışıq. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin