Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Mütəhərrik fosfor və mübadiləvi kaliumla təmin olunmuş torpaqların təsnifatı, mq/kq



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə24/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   20   21   22   23   24   25   26   27   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Mütəhərrik fosfor və mübadiləvi kaliumla təmin olunmuş torpaqların təsnifatı, mq/kq 
 
Təmin olunma 
P

O

K
2

Kirsanova 
görə, turş
Maçiginə 
görə, 
karbonatlı 
Çirikova 
görə, 
karbonatsız 
Kirsanova 
görə, turş 
Maçiginə 
görə, 
karbonatlı 
Çirikova 
görə, 
karbonatsız 
Çox aşağı 
25-dən az 
10-dan az 
20-dən az 
40-dan az 
50-dən az 
20-dən az 
Aşağı 
26-50 
11-15 
21-50 
41-80 
51-100 
21-40 
Orta 
51-100 
16-30 
51-100 
81-120 
101-200 
41-80 
Artıq
101-150 
31-45 
101-150 
121-170 
201-300 
81-120 
Yüksək
151-250 
46-60 
151-200 
171-250 
301-400 
121-180 
Çox yüksək 
250-dən 
daha çox
60-dan daha 
çox 
200-dən 
daha çox 
250-dən 
daha çox 
400-dən 
daha çox 
180-dən 
daha çox 
Sarı lüpin turşuluğa daha çox dözümlü bitkidir, torpaqda fosforla optimal təmin olunmanın 
aşağı həddi 50 mq/kq-dır. Sözsüz bitkilərin əksəriyyəti bu cür təminat zamanı kəskin fosfor 
çatışmazlığını sınaqdan keçirir, lakin fosfor gübrəsinin sarı lüpin altına verilməsi fizioloji prosesləri 
fəallaşdırmır və məhsuldarlığı yüksəltmir. Bu qrup bitkilər üçün mübadilə olunan kaliumla optimal 
təmin olunmanın aşağı həddi torpaqda 80 mq/kq-dır.
Buğda, arpa, qarğıdalı, səpin noxudu, çəmən üçyarpağı (zəif turş və neytral torpaqların 
bitkiləri) özlərinin potensial məhsuldarlıqlarını mütəhərrik fosforun artırılması və yüksək təmin 
olunması zamanı realizə edirlər. Onlar üçün bu elementlərlə təmin olunma həddi torpaqda 120-150 
mq/kq-dır. Məhz belə bitkilər, lobya kimi, yonca, çəpişotu, mütəhərrik fosforun miqdarının 
torpaqda 180-200 mq/kq-a qədər artması zamanı öz məhsuldarlıqlarını artırırlar (Kirsanova görə). 
Kaliumla təmin olunmanın aşağı həddi bu qrup bitkilər üçün torpaqda habelə kifayət qədər 
yüksəkdir, 140-160 mq/kq-dır. 
Bəzən ayrı-ayrı bitkilər arasında mütəhərrik fosforla təmin olunmaya tələbkarlıq fərqi ilk 
növbədə kök sisteminin müxtəlif quruluşu və ekssudatların fəal ayrılması səbəb olur. Məsələn, sarı 
lüpin torpaqaltı qata işləyən mil kök sisteminə malikdir, lakin səpin noxudunun kökünün 90%-i 
əkin qatında yerləşir. Noxud üçün əlçatmaz olan qatdan fosforun mütəhərrik formasını lüpin istifadə 
edə bilər. Ancaq onların başlıca fərqi ondan ibarətdir ki, turşuluğa davamlı bitkilər kök sisteminin 
hesabına neytral torpaq bitkilərinə nisbətən daha çox ekssudatlar (üzvi turşular, sulu karbon 
birləşmələri) ifraz edirlər. Yəqin ki, əslində ifraz olunmuş turşu onun turş mühitə dözməsi ilə izah 
olunur.
İfraz olunmuş ekssudatları bitkilər üçün əlçatmaz olan fosfor formalarını mənimsəmək 
qabiliyyətinə malik olan fosfor bakteriyaları və sərbəst yaşayan diazatroflar mənimsəmək 
qabiliyyətinə malikdirlər. Bu mikroorqanizmlər kök ətrafı yaxud kökün (səthində) fəal hissəsində 
çoxalırlar. Mikroorqanizmlər məhv olduqdan sonra artıq bitki fosforun asan mənimsənilə bilən 
formasından istifadə edir. Mütəhərrik fosforla zəif təmin olunma şəraitini keçməklə, bitki belə 
qohumluğu təkamül prosesində qazanmışdır.
Bu səbəbdən, bitkilərin fosforla gübrələnməsi sistemini işləyib hazırlayan zaman bu bitkilər 
üçün optimal pH diapazonunu və onun mütəhərrik fosforla təmin olunmasının aşağı həddini nəzərə 
almaq zəruridir. 
Bitkinin kaliumla təmin edilməsi yalnız onun torpaqdakı miqdarından və mübadiləvi kaliumla 
optimal təmin olunmanın aşağı həddindən asılı deyil, lakin uducu torpaq kompleksindəki (UTK) 
kationların tərkibindən asılıdır. Məsələn, karbonatlı torpaqlarda pH
duz
-7,5 mübadiləvi kaliumun 
miqdarı torpaqda 250 mq/kq təşkil edir (qəbul olunmuş təsnifata görə bu kaliumla yüksək təmin 
olunmadır). Ancaq kaliumlu gübrələrin verilməsi zamanı bu elementin bitki tərəfindən istifadəsi 
güclənir (sərf edilməsi) və qarğıdalının, günəbaxanın, soyanın hətta buğdanın da məhsulu artır. Bu 


26 
onunla izah edilir ki, torpaqda kalsium kationu bol olduğundan, özünü kalium kationunun 
antoqonizmi kimi göstərir. Mütləq miqdarı yüksək olan zaman axırıncı bitki kaliumun 
çatışmazlığını hiss edir. Kalium gübrəsinin verilməsi kationların disbalansını azaldır, onların 
antaqonizmliyini aşağı salır və bitkinin kaliumla təmin olunmasını yüksəldir.
Azotun mineral forması torpaqda ancaq minimum miqdarda olur. Onların bitkiyə asanlıqla 
daxil olması pH-ın torpaqdakı səviyyəsindən asılıdır. Torpaq nə qədər turş olarsa, asan hidroliz 
olunan azot bir o qədər azdır (cədvəl 7). Mümkün qədər torpaq məhlulunun reaksiyası 
neytrallaşdırıldıqda azotun bu mütəhərrik forması güclənir. Torpağın nitrifikasiya qabiliyyəti bitki 
üçün əlçatmaz olan azot formasının istifadə oluna biləcək intensivliyini göstərir.
Cədvəl 7 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin