Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə243/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   239   240   241   242   243   244   245   246   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

S. tuberosum
növünün 
qohumu adlandırırlar.
S. leptostigma Juz.
– yüksək nişastalı və 
xərçəngə davamlılığı ilə fərqlənən Çiloe 
adasının tetraploid mədəni növüdür. 
S. phureja 
Juz. et. Buk.; S. rubinii
Juz. et. Buk
- Cənubi Amerika ərazisində 
yayılmış yüksək zülallı və qotur xəstəliyinə 
davamlı mədəni diploid (2n = 24) növlərdir. 
S. demissum Lindl. 
– Meksikada fertil 
heksaploid növ (2n = 72). 
S. stoloniferum
– yüksək And dağlarının 
fertil yabanı allotetraploid növüdür. Peru, 
Boliviya və Argentina ərazilərində yayılmışdır, 
şaxtaya davamlılığ ilə fərqlənir.
Kartof 
gövdələrinin 
əksər 
hissəsi 
dikdayanandır, az hallarda yana əyiləndir. 
Gövdənin rəngi yaşıl, qırmızı, darçını və 
qonuru – qırmızıdır. Gövdənin içərisi aşağı 
hissədə boş, yuxarıda dolu, en kəsiyi əksər 
formalarında üç-dördüzlüdür. 
Gövdələrin budaqlanma xarakterinə görə 
kartof sortları iki qrupa bölünür: budaqlanma 
əsasən aşağı yarusda (gecyetişən sortlarda) 
gedir, gövdəsi aşağıdan budaqlanan (tezyetişən 
sortlarda). Sortdan və becərilmə şəraitindən asılı olaraq gövdənin hündürlüyü (30 – 150 sm.) güclü 
dəyişir. Tezyetişən sortlara nisbətən gecyetişənlər daha yüksək boyları və çoxlu miqdarda 
buğumaraları ilə xarakterizə olunur. 
Kartof bitkisinin kolunun böyük hissəsi yarpaqla örtülmüş 4–8 gövdədən ibarətdir. Kolda 
gövdələrin miqdarı sortdan, əkin materialından və onun üzərində cücərən gözcüklərdən əhəmiyyətli 
dərəcədə asılıdır. Xırda yumrulardan alınan bitkilərə nisbətən, iri yumrulardan alınmış bitkilərdə bir 
qayda olaraq gövdələrin miqdarı çoxdur. Kolda gövdələrin miqdarı yumruların məhsuldarlığını 
Şəkil 28. 
Kartof: 1– yumruların intensiv
inkişaf dövrü; 2– toxumdan alınmış cücərti; 
3– çiçək qrupu; 4– çiçəklər; 5– zəif, orta və
kəskin dilimlənmiş yarpaqlar; 6–meyvəsi; 
7 – toxumu. 


221 
lazımi dərəcədə təyin edir. Gövdənin torpaqda qalan buğumaralarının yarpaq qoltuğundan cavan 
zoğ – 
stolon 
inkişaf edir ki, onun axırıncı buğumarası şişkinləşərək yumrunu əmələ gətirir. 
Gövdəyə nisbətən stolonların qalınlığı həmişə kiçik olur. Stolonların uzunluğu müxtəlif – tezyetişən 
sortlarda onlar qısa, gecyetişənlərdə isə əksinə uzun ola bilər.
Kartofun yarpaqları mürəkkəbdir. Yumrulardan yaxud toxumların cücərməsindən alınan ilk 
yarpaqlar sadə və tamkənarlı olurlar. Bitki inkişaf etdikcə kəsik-kəsik yarıqlı təklələkşəkilli 
yarpaqlar əmələ gəlir. Yarpağın əsas saplağının sonu tək dilimlə (kartofda yarpaqcıq dilim, yaxud 
yarpaq payacığı adlanır) qurtardığına görə təklələkşəkilli adlanır. Sort əlaməti olaraq əsas saplağın 
üzərində iri dilimlərin arasında birincilərə nisbətən xırda (ikinci dərəcəli), bunların da arasında daha 
xırda (üçüncü dərəcəli) dilimlər əmələ gəlir. 
Yarpaqların dilimlənməsi üç qrupa bölünür: 
1 – 
Zəif dilimlənmə
– ikinci dərəcəli dilim bir cüt olur, üçüncü dərəcəli dilim əmələ gəlmir. 
2 – 
Orta dərəcədə dilimlənmə
– ikinci dərəcəli dilim iki cüt olr, üçüncü drəcəli dilim az olur. 
3 – 
Kəskin dilimlənmə
– ikinci dərəcəli dilim iki-üç cüt, üçüncü dərəcəli dilim çox olur. 
Formasına görə nisbətən tipik dilimli yarpaqlar birinci cüt hesab edilir. Bəzi sortlarda son 
dilimin əsası iki qonşu dilimlərə bitişir. Kartof yarpağının ayası zəif, yaxud kəskin tüklü olur, rəngi 
isə sarımtıl - yaşıldan tünd yaşıla qədər dəyişir. 
Kartofun çiçək qrupu uzun saplaqlı dəstə təşkil edir. Dəstədə 2-4 çiçək olur. Bitkinin 
çiçəkləmə və meyvə vermə qüvvəsi sortun bioloji xüsusiyyəti ilə bərabər, onu əhatə edən mühitdən, 
xüsusən iqlim şəraitindən asılıdır. Çox hallarda əmələ gəlmiş meyvə orqanları tökülür. 
Çiçəkləmənin intensivliyinə bitkinin mexaniki zədələnməsi də təsir edir. Ultrabənövşəyi, qırmızı 
şüaların radiasiyası nəmliyi istənilən qədər olan mötədil iqlimə malik dağ və dağətəyi bölgələrdə 
kartofun çiçəkləmə və meyvə vermə prosesi normal gedir. Çiçəyin ləçək yarpaqları beş ədəd, ağ, 
qırmızı, bənövşəyi, göy-bənövşəyi, qırmızı-bənövşəyi rəngli olmaqla bir-birinə bitişmişdir. Hər 
çiçəkdə beş erkəkcik, bir dişicik vardır. Toz kisələri bir-birinə sıxılaraq konus əmələ gətirirlər. 
Konus sarı, narıncı, yaşılımtıl-sarı, və bədrəng-sarı rəngli olur. Yaşılımtıl-sarı, və bədrəng-sarı 
rəngli toz kisələri ya heç toz əmələ gətirmir, yaxud da tozcuqları çox az və ya qeyri-məhsuldar olur. 
Kartof öz-özünü tozlayan bitkidir. 
Kartof bitkisinin meyvəsi şarşəkilli yaxud oval, ikiyuvalı çox toxumlu şirəli yaşıl gilədir. Gilə 
yetişən zaman ağarır və çiyələk ətrinə bənzər ətir verir. Qida kimi istifadəyə yararsızdır, ona görə 
ki, tərkibində çoxlu miqdarda 
solanin
alkaloidi vardır. Toxumları xırda, yastı, əyri rüşeymli, boz 
(açıq-sarı) rənglidir. 1000 ədəd toxumun kütləsi 0,5 qrama yaxındır. 
Yumruları ilə becərilən kartofun kök sistemi 
saçaqlıdır
.
O, kök sisteminin ayrı-ayrı budaqlarının 
cəmini özündə əks etdirir. Köklər o qədər də 
torpağın dərinliyinə işləmir. Köklərin yarıdan çoxu 
əkin qatında, 22-38%-i bir qədər dərinə, ayrı-ayrı
köklər isə 150 sm-ə qədər dərinliyə işləyir. Köklərin 
torpağın dərin qatlarına işləməsi müxtəlif sortlarda 
eyni 
deyildir, 
tezyetişən 
sortlarda 
kiçik, 
gecyetişənlərdə əhəmiyyətli dərəcədə dərindir.
Güclü kök sisteminin əmələ gəlməsi becərmə 
şəraitindən - torpaqda olan qida maddələrinin 
miqdarından, havalanma, və nəmlikdən əhəmiyyətli 
dərəcədə asılıdır. Fosfor elementinə münasibətinə 
görə Kartofun kök sistemi fəal uduculuq qabiliyyəti 
ilə fərqlənir. 
Stolon müəyyən qədər böyüdükdən sonra 
nəhayəti şişkinləşərək cavan yumru əmələ gətirir. Kartofun yumrusu buğumaraları qısalmış gövdə 
budağından ibarətdir. Yumrunun üzərində reduksiya olunaraq xırda pulcuq, yaxud enli qaş 
formasını almış yarpaqlar müşahidə olunur. Əsas formasını və quruluşunu itirmiş belə yarpaqların 
Şəkil 29. İşıqda cücərdilmiş kartof 
yumruları 


222 
qoltuğunda 2-3 gözcük yerləşir. Yumrunun hər gözcüyündə 3 ədəd tumurcuq əmələ gəlir. 
Gözcüklər yumrularda spiral şəklində düzülmüşlər. Yumrunun təpə hissəsindəki gözcüklər orta 
hissəsindəkinə nisbətən bir-birinə yaxın yerləşmişlər. 
Yetişmiş yumrular mantar toxumadan ibarət nazik qabıqla örtülmüşdür ki, bu qat yumruları 
qurumaqdan və xəstəlikdən qoruyur. Mantar qatının alt hissəsində nişasta dənələri ilə dolmuş 
qabığın parenxim hüceyrələri, sonra isə gözcüklərlə birləşən törədici toxumalar və damarlı - lifli 
həlqələr dəstəsi yerləşir. Yumrunun daxili hissəsində də yəni özəyində nişasta vardır, lakin qabığa 
nisbətən azdır. 
Hər bir sortun xarakterinə uyğun olaraq yumruların forması olduqca müxtəlifdir. Yumrular 
əksər sortlarda yuvarlaq, oval və uzunsov olur. Lakin xarici şəraitin təsirindən hər hansı sorta xas 
olan tipik forma dəyişə bilər. Yumruların forması uzunluğunun eninə və eninin qalınlığına nisbəti 
ilə təyin olunur. Yuvarlaq yumrunun diametri onun hər tərəfində bərabərdir. Uzunsov yumruların 
uzunluğu enindən 2,0-2,5 dəfə çox olur. Oval formalı yumruların isə orta hissəsi nisbətən enlidir.
Yumrunun ətli hissəsi ağ, sarı, sarımtıl-qırmızı, və göy rəngli ola bilər. Müəyyən edilmişdir 
ki, ətli hissəsi sarı olan yumruların tərkibində azotlu maddələrin miqdarı digərlərinə nisbətən çox 
olur. Qabığın rəngi mantar qatının qalınlığından və hüceyrə şirəsinin piqmentlərindən asılıdır. 
Mantar qatı nazik olduqda ətli hissənin rəngi xaricdən seçilir. Hüceyrə şirəsində olan rəngləyici 
piqmentlərin təsirindən qabıq çəhrayı, qırmızı, bənövşəyi rəngə çevrilir. Yumrunun səthində 
mərciməkcik adlanan açıq rəngli xırda nöqtələr vardır ki, tənəffüs və nəmliyin buxarlanması 
bunların vasitəsi ilə gedir. Mərciməkciklərin miqdarı və ölçüsü əsasən kartofun becərilmə 
şəraitindən asılıdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin