223
əmələ gəldiyi dövrdə temperaturun 17-18
0
C olması əlverişlidir. Kartofun cücərtiləri -3
0
C şaxtada
məhv olurlar.
Vegetasiya müddətində bitkinin tam inkişaf etməsi üçün fəal temperaturun cəmi (yekunu) tez
və orta müddətdə yetişən sortlar üçün 1000-1400
0
C, gec yetişənlər üçün isə 1400-1600
0
C-dir
Yarovizasiya mərhələsi işıqda 10-12
0
C temperaturda 30-40 günə keçir.
Kartof torpaq nəmliyinə tələbkar bitkidir. Nəmliyə tələbat inkişaf fazasından asılı
olaraq
dəyişir. Çiçəkləmə fazasının başlanğıcı böhran dövrü hesab olunur. Bu dövrdə torpaqda nəmlik
çatışmadıqda yumruların məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı düşür. Yumrular intensiv
böyüdükdə suya daha çox tələbat göstərirlər. İsti günlərdə bir kol sutkada 4 litrə qədər su
buxarlandıra bilir. Yüksək məhsul almaq üçün tarla rütubət tutumunu 60-80% həddində saxlamaq
lazımdır. Transpirasiya əmsalı 400-600-dür.
İnkişafının ilk dövrlərində kartof bitkisinin nəmliklə təmin olunmasında əkilmiş yumrular
(ana yumrular) ehtiyat nəmlik hesabına sığorta rolunu oynayaraq günün gərgin saatlarında
çatışmayan torpaq nəmliyini tamamlamaqda böyük əhəmiyyət kəsb edirlər. Bu rolu sonrakı inkişafı
zamanı yenidən əmələgələn yumrular oynayır. Beləliklə, kartofun yumruları
elə bil ki, ehtiyat
anbardır, artıq nəmlik olarsa anbara dolur, torpaqda nəmlik çatışmadıqda bitki həmin nəmlikdən
istifadə edir. Kartof digər bir çox tarla bitkilərindən fərqli olaraq yarpaqların köməyi ilə suyu
havadan daha yaxşı istifadə etmək qabiliyyətinə malikdir. Kartof bitkisinin bu qabiliyyəti ona
imkan
verir ki, qısa müddətli quraqlıq dövrünü nisbətən yüngül keçirsin.
Kartofun kök sistemi tənəffüs prosesi zamanı torpaq havasından böyük miqdarda oksigen
udur. Bitkinin kök sisteminin oksigenə olan gündəlik tələbatı bir qıram quru maddəyə görə 1 mq-
dır. Kök sisteminin oksigenə olan daha yüksək tələbatı yumrular əmələ gələn dövrdə hiss edilir.
Kökyumrularının erkən əmələ gəldiyi dövrdə quru maddəyə görə 1 qram kök 1 saatda 6,7-dən 12
ml –ə qədər oksigen adsorbsiya edir. Bu da digər bitkilərin kökləri ilə müqayisə etdikdə 5-10 dəfə
çoxdur. Torpaqda kifayət qədər oksigenin olması üçün onu daima həcmi kütləsi 1,0-1,2 q/sm
3
olan
yumşaq vəziyyətdə saxlamaq zəruridir. Yumşaq torpaqlarda atmosfer havası ilə torpaq havası
arasındakı qaz mübadiləçi yaxşı gedir. Nəmlik çatışmayan, güclü sıxlaşmış və pis becərilən
torpaqlarda oksigenin miqdarı 2%-ə qədər enir, lakin karbon iki oksid kəskin artır. Bu halda kartof
yumruları iylənir və çürüyürlər. Karbon iki oksidin torpaqda optimal qatılığı 1%-dən az olmalıdır.
Kartof torpaq şəraitinə o qədər də tələbkar deyildir, lakin o havalanması yaxşı olan və
mədəniləşdirilmiş torpaqlarda daha yüksək məhsul verir, belə ki, onun kök sistemi torpaqda oksigen
çatışmazlığına çox həssasdır. Kök sisteminin oksigenə daha yüksək tələbatı yumruların
əmələ
gəldiyi dövrdə olur. Torpaqda kifayət miqdarda oksigen olması üçün onu yumşaq vəziyyətdə
saxlamaq zəruridir. Yumşaq torpaq stolonların və cavan yumruların yaxşı inkişaf etməsinə səbəb
olur. Zəif turş mühitli pH=5-6 torpaqlarda kartof daha yaxşı inkişaf edir. Qranulometrik tərkibli
yüngül olan münbit torpaqlarda yaxşı məhsul verir. Ağır qranulometrik tərkibli, çox qaysaq
bağlayan gilli şorlaşmış, daşlı və su basmış bataqlıq torpaqlar kartof becərilməsi üçün yararlı
deyildir.
Kartof qida elementlərinə yüksək tələbat göstərir, bu quru maddənin çox toplanması və kök
sisteminin zəif inkişafı ilə əlaqədardır. Orta hesabla bir ton kartof yumruları torpaqdan 5-6 kq azot,
1,5-2,0 kq fosfor, 7-10 kq kalium, 4 kq kalsium və 2 kq maqnezium aparır. Həyatının ilk dövründə
kartof bitkisi azacıq qida maddələri tələb edir.
Bu onunla izah edilir ki, kartof inkişafının ilk
dövrlərində tələbatını anac yumrunun tərkibində olan ehtiyat qida maddələrinin hesabına
əhəmiyyətli dərəcədə ödəyir.
Kartof qida maddələrinə qönçələnmə-çiçəkləmə dövründə, yerüstü kütlənin intensiv artması
və yumruların əmələ gəlməsi zamanı daha çox tələbat göstərir. Vegetasiyanın sonunda qida
elementlərinə tələbat azalır və yerüstü kütlənin ölüşkəməsinin (quruma) başlanğıcında tamamilə
dayanır.
Torpaqda azot çatışmadıqda kartofun yerüstü orqanları zəif inkişaf edir, bitkinin yarpaqlanma
dərəcəsi azalır, yarpaq aparatının məhsuldar işi, yumruların məhsulu və nişastalılığı aşağı enir.
Azotla bol qidalanma zamanı yerüstü kütlənin həddən artıq boy atması yumruların əmələ gəlməsini
224
gecikdirir və vegetasiya müddətini uzadır, bitkinin müxtəlif xəstəliklərə davamlılığı azalır. Azotla
normal qidalandıqda kartof bitkisi fosfor və kaliumu daha yaxşı mənimsəyir.
Fosforla kartofun yaxşı təmin edilməsi cücərtilərin əmələ gəlməsindən başlayaraq bitkinin
inkişafının sürətlənməsinə səbəb olur. Digər inkişaf fazaları da tez başa çatır, kök sistemi
formalaşır, yumruların
əmələ gəlməsi dövrü tezləşir, yumruların məhsulu və nişastalığı artır,
saxlamağa davamlılığı yüksəlir, əkin materialı kimi keyfiyyəti yaxşılaşır.
Fosfor çatışmazlığı turş torpaqlarda müşahidə edilir. Əhəngləmə sayəsində turş torpaqlarda
torpaq məhlulunda alüminium və dəmirin miqdarı azalır, fosfor bitki üçün daha çox əlçatan olur.
Nəmlik aşağı olduqda fosforun bitkiyə daxil olması güclü surətdə çətinləşir. Eləcə də torpaqda
temperaturun 8-10
0
C-yə və aşağı enməsi fosforun bitkiyə daxil olmasına mənfi təsir göstərir.
Kalium fotosintez prosesində, zülal və sulu karbonlar mübadiləsində böyük rol oynayır,
kartofun məhsuluna və keyfiyyətinə (nişasta) əhəmiyyətli dərəcədə təsir edir, xəstəliyə qarşı
davamlılığı artırır. Kalium bitkinin su rejimində son dərəcə gözəl rol oynayır.
O hüceyrələrdə
turqoru artırır, bunun sayəsində bitki toxumalarında daxili təzyiq saxlanır. Kalium aclığı zamanı
kartofun boy və inkişafı və onun anatomik-morfoloji quruluşu pozulur, mexaniki toxuma və kök
sistemi zəif inkişaf edir. Kalium çatışmadıqda yumrular bir qədər uzunsov forma alır, xırda olurlar
və qış dövründə pis saxlanılır. Tərkibində çoxlu miqdarda xlor olan kalium gübrələri yumruların
nişastalılığını aşağı salır.
Azot və fosfor çatmadıqda yarpaqların rəngi açıq olur və dik durur. Kalium çatmadıqda tunc
rəngli yarpaqlar əmələ gəlir. Yarpaqlar qırışır, kənarları aşağı əyilir, qonur yaşıl rəng alır və məhv
olur.
Kartof işıqsevən uzun gün bitkisidir. İşıq çatmadıqda yerüstü kütlə saralmağa başlayır,
çiçəkləmə zəifləyir yaxud tam dayanır və yumruların məhsuldarlığı aşağı düşür. Buna görə də daha
yaxşı işıqlanma şəraitinin yaradılması zəruridir. Hədsiz sıx əkinlər də seyrək əkinlər kimidir, yüksək
kartof məhsulu alınmasını təmin edə bilmir.
Müasir fotoperiodik təsnifata əsasən kartofun mədəni sortları qısa gün bitkilərinə aid edilir,
lakin orta en dairəsi şəraitində uzun gün bitkisi kimi becərmək olar. Gün uzunluğunun ixtisar
olunması bitkinin inkişafını sürətləndirir. Uzun gün bitkinin
yerüstü kütləsini gücləndirir, bu
köküyumrunun böyüməsi üçün zəruri olan fotosintez prosesinin məhsulunun miqdarından asılıdır.
Ona görə də yumruların məhsulu bir qayda olaraq uzun gündə, qısa günə nisbətən yüksək olur.
Lakin bu kartofu uzun gün bitkiləri qrupuna aid etməyə səbəb ola bilməz.
Kartof haqlı olaraq işıqsevən bitki adlandırılır. Hətta işıqlanmanın cüzi azalması yerüstü
kütlənin saralmasına, gövdənin uzanmasına, çiçəkləmənin zəifləməsi yaxud tamamilə olmamasına
və yumruların məhsulunun aşağı düşməsinə səbəb olur. Əkinlərin seyrəkliyi yaxud artıq sıxlıqda
olması kartofdan yüksək məhsul alınmasını təmin edə bilməz.
Yığılmış kartof yumruları bir neçə gün işıqda qaldıqda yaşıllaşaraq onlarda xlorofil və solanin
əmələ gəlir. Dağınıq və birbaşa işığın təsirindən solaninin miqdarı 100 qr. yumruda 30-40 mq. artır.
Toxumluq kartof üçün yaşıllaşma faydalıdır, ona görə ki, yumrular saxlanılan zaman xəstəliklər və
gəmiricilərdən, mühafizə olunur, payız-qış dövründə yaxşı saxlanılır.
Ərzaq kartofunun yumrularını yaşıllaşmadan qorumaq lazımdır, belə ki, bu zaman o
xoşagəlməz acı-büzüşdürücü tam alır və zəhərli olur.
Kartof sortları vegetasiya müddətlərinin uzunluğuna görə 3 qrupa bölünür.
1)
70-90 gün; 2) 120-130 gün; 3) 131-180 gün:
Dostları ilə paylaş: