Əkinqabağı becərmə Torpağın yazda əkinqabağı becərilməsi torpaqda payız-qış dövründə toplanmış rütubətin
saxlanmasını, torpaq səthinin hamarlanması və xırda kəltənli şum qatının yaradılmasını, alaqlarla mübarizəni nəzərdə
tutur. Erkən yazda (fevralın axırı, martın əvvəli) sahə malalanır, sonra 10-12 sm dərinlikdə kultivasiya edilir, yenidən
malalanaraq hamarlanır. kartof üçün torpağın yaz səpinqabağı becərilməsi zonaların torpaq-iqlim şəraitindən asılı
olaraq müxtəlifdir.
Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu kartofun yaz əkinqabağı becərilməsi üçün yeni perspektivli
226
üsullar nümayiş etdirmişdir. Bu üsul torpağın yazda əkinqabağı laydırsız, ancaq ön kotancıqlı kotanla becərilməsindən
ibarətdir. Ön kotancıq 12-14 sm dərinliyə quraşdırılır – bu yaz gübrələrinin torpağa basdırılması üçündür. Gəvahin və
kotanın dayağı torpağı dərindən yumşaldır.
Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun aqrotexnika bölməsinin tədqiqatları göstərir ki, gillicəli
torpaqların şum qatı eyni vaxtda yetişmir. Əvvəlcə üst 12-16 sm-ə qədər qat becərməyə hazır olur, 5-7 gündən sonra
aşağı 28-30 sm-ə qədər olan qat. Buna görə də gillicəli torpaqlarda yaxşı olardı ki, kartof üçün torpağın becərilməsi 2
müddətdə aparılsın. Torpağın üst qatı yetişdikdə disklənir, yaxud gavahınlı üzləyici ilə 12-16 sm dərinlikdə üzlənir,
kartof əkininə 3-4 gün qalmış dərin (28-30 sm) laydırsız becərmə aparılır.
Bütün bu tədbirlərin torpaq-iqlim şəraitinə uyğun olaraq yerinə yetirilməsi sayəsində fermerlər yüksək və
keyfiyyətli kartof məhsulu əldə edə bilərlər.
Gübrələmə
. Kartof gübrəyə tələbkar bitkidir. Üzvi və mineral gübrə verməklə məhsuldarlığı
əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Kartof dənli bitkilərə nisbətən torpaqdan əhəmiyyətli
dərəcədə qida elementi aparır ki, bu da taxıllara nisbətən vahid sahədən iki dəfə artıqdır. Azotun
hesabına əlavə məhsul artımı 58%, fosforun hesabına 22%, kaliumun hesabına isə 20% düşür.
Kartof əkinlərinə üzvi gübrələrdən peyin verilməsi torpaq-iqlim şəraitindən asılı olaraq hektara 20
tondan 60 tonadək dəyişir.
Yerüstü kütlənin intensiv inkişafı zamanı və yumruların əmələ gəlməsi dövründə kartof qida
maddələrinə daha çox tələbat göstərir. Vegetasiyanın sonunda qida maddələrinin daxil olması azalır
və yarpaqlar qurumağa başladıqda dayanır.
Qumsal və gillicəli torpaqlarda yaşıl gübrə kimi paxlalı bitkilərdən istifadə olunur.
Təkcə üzvi gübrə verilməsi kartofun qida elementlərinə olan əsas tələbini (tam tələbini)
vegetasiyanın başlanğıcında ödəmir. Üzvi gübrə minerallaşıb asan həll olan birləşmələrə çevrilənə
qədər mineral gübrələrin kartofun məhsulunu artırmaqda rolu böyükdür.
Fosfor və kalium gübrəsi əsas şum altına, azot və fosforun bir hissəsi səpin zamanı cərgələrə
verilir.
Torpaqda azot elementi çatışmadıqda yerüstü orqanlar zəif inkişaf edir, bitkinin yarpaqlanma
dərəcəsi azalır, yarpaq aparatının məhsuldarlığı, yumruların məhsulu və nişastanın miqdarı aşağı
enir. Azot qidası bol olduqda yerüstü kütlənin boyu hədsiz artır, vegetasiya dövrü uzanır və
yumruların əmələ gəlməsi gecikir. Eyni zamanda bitkinin müxtəlif xəstəliklərə davamlılığı da aşağı
düşür. Azot qidası normal olduqda kartof bitkisi fosfor və kaliumu yaxşı mənimsəyir.
Düzgün becərmə zamanı kartof yumrularının 1 kq-nın təzə kütləsində nitratların miqdarı 10
mq-dan 500 mq-a qədər dəyişir. Adətən onların miqdarı insan həyatı üçün təhlükəli deyil.
Əsaslandırılmamış yüksək azot dozası tətbiq edən zaman yumrularda nitratların toplanması
təhlükəsi yaranır.
Kartofun fosforla yaxşı təmin olunması cücərtilər alındıqdan başlayaraq bitkinin inkişafını
sürətləndirir. Digər inkişaf fazaları da tez başlayır, kök sisteminin formalaşması tempi güclənir,
yumruəmələgəlmə dövrü tez başlayır, məhsuldarlıq və yumrularda nişastanın miqdarı artır,
saxlamağa davamlılığı və toxum (əkin materialı) keyfiyyəti yaxşılaşır. Fosfor çatışmadıqda bitkinin
normal inkişafı pozulur. Belə ki, budaqlanması zəifləyir, qönçələməsi, çiçəkləməsi və yumruların
əmələ gəlməsi gecikir. Yumrularda darçını rəngdə xallar əmələ gəlir, onlarda nişastanın miqdarı
azalır və dad keyfiyyəti pisləşir.
Kalium elementi kartofun məhsuldarlığına və keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir,
xəstəliklərə qarşı davamlılığı artır, fotosintez prosesində, zülal və sulu karbonların mübadiləsində
böyük rol oynayır. Kalium bitkinin su rejimi üçün son dərəcə zəruridir: o hüceyrələrdə turqoru
artırır, bitkinin toxumalarında daxili təzyiqi sabitləşdirir. Kalium elementinin çatışmamasından
kartofun anatomik-morfoloji quruluşu, boy və inkişafı pozulur, kök sistemi və mexaniki
toxumaların inkişafı zəifləyir. Kalium çatışmadıqda yumrular uzuntəhər forma alır, xırda olur və
pis saxlanılır.
Kartofun boy və inkişafının normal getməsi və yüksək məhsul (yumru) əldə etmək üçün
kalsium, maqnezium, dəmir, kükürd, bor, manqan, molibden, mis və sink elementləri zəruridir.
Yalnız bütün bu qida elementlərinin torpaqda mövcudluğu və digər əlverişli şəraitin olması kartofun
inkişafını və yüksək məhsuldarlığını təmin edir.
227
Birinci yemləmə tam çıxışdan sonra, birinci becərmədən gec olmayaraq hektara 20-30 kq
azot və 5-10 ton peyin şirəsi (4-5 dəfə su ilə duruldulmuş) olmaqla verilir.
Boz və qara torpaqlarda hektara 10-20 kq azot və 15-20 kq fosfor verilir.
Xlorlu kalium gübrəsi kartof əkininə payızda şum altına verilməlidir ki, xlorun mənfi təsiri
zərərsizləşsin.
Əgər kartof qranulometrik tərkibi yüngül olan torpaqlarda becərilirsə, digər gübrələrlə yanaşı
hektara 40-50 kq maqneziumlu gübrə vermək lazımdır. Çünki, bu həm məhsuldarlığı, həm də
yumrularda nişastanın miqdarını artırır.
Səpin qabağı yumruların 0,05%-li mikroelement (bor, sink, mis, molibden) məhlulları ilə
işlənilməsi müsbət nəticələr verərək, məhsuldarlığı 12-15% artırır.
Dostları ilə paylaş: |