Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Əkin (səpin) normasının və qida sahəsinin hesablanması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə252/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   248   249   250   251   252   253   254   255   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Əkin (səpin) normasının və qida sahəsinin hesablanması. Keyfiyyətli əkin materialı əldə etmək üçün hələ 
toxumluq sahədə qiymətləndirmə aparılmalıdır.
Hektara əkin norması planlaşdırılan məhsuldarlıqdan asılıdır. Suvarılan aran rayonlarında hektardan 30-40 t 
məhsul götürülür. Bu halda hektara 2-3 t yumru əkilir (50-70 qramlıq yumrulardan 41 min ədəd). Daha məhsuldar 
qara torpaqlarda suvarılan şəraitdə 50-60 t/ha məhsul alınır. Bu halda hektara 4-5 t yumru əkilir (80-100 qramlıq). 
Lakin bir hektar üçün əkin norması yumruların iriliyindən və onların gövdə vermə qabiliyyətindən asılı olduğu üçün 
fermerlər əkin norması kimi hektarda optimal gövdə sayını əsas götürməlidirlər. Bu, həm də cərgədə bitki arası 
məsafəni (əkin sxemi) təyin etmək üçün vacibdir.
Ən yaxşısı odur ki, hər hektarda 200-230 min gövdə olmasını təmin edək. Əkin norması bilavasitə yumrunun 
iriliyi və əkin sxemindən asılıdır. Qida sahəsi və əkin sxemi də bilavasitə sortun xüsusiyyətindən və şəraitindən asılıdır. 
Məhsuldarlıq hektarda olan gövdə sayından çox asılıdır. Ona görə də müxtəlif irilikdə əkin materialından 
istifadə etdikdə çalışmaq lazımdır ki, hektarda normal sayda gövdə olsun. Hektarda gövdələrin sayı yumrunun iriliyi və 
qida sahəsindən asılıdır. Müxtəlif irilikdə əkin materialının gövdə vermə sayı aşağıdakı kimidir:
İri yumrular (60-90 q) – 4-5 gövdə 
Orta irilikdə yumrular (40-60 q) – 2-3 gövdə 
Xırda yumrular (20-40 q) – 1-2 gövdə 
Fermerlər kartof əkən maşının nizamlanması və yaxud əllə əkiləcəksə, hektara əkin normasını düzgün paylamaq 
üçün bir metr cərgəyə əkilən yumrunun miqdarını bilməlidirlər. Əvvəlcə bir metr cərgədə neçə gövdə olmasını 
hesablayaq. Bir metr cərgədə gövdələrin miqdarını tapmaq üçün əvvəlcə bir hektarda olan ümumi cərgələrin 
uzunluğunu (paqon metr) tapırıq. Bunun üçün isə bir hektarın sahəsini (10 000 m
2
) cərgəarası məsafəyə (Azərbaycan 
şəraitində əsasən optimal cərgəarası məsafə kartof üçün 70 sm götürülür, yüngül (qumsal) torpaqlarda hətta 90 sm 
götürülə bilər) bölürük.
10 000 m
2
 / 0,7 m = 14286 m (paqon metr) 
Sonra bir hektar üçün optimal gövdə sayını (200 000) hektarda olan ümumi cərgələrin sayını bölürük. 
200 000 / 14286 = 14 gövdə 
Beləliklə, bir metr uzunluğunda cərgədə 14 gövdə olması normal hesab edilir.
Bir metr cərgəyə əkilən yumrunun sayını tapmaq üçün bir metr cərgədə olan gövdənin miqdarını (14 gövdə) 
yumruların iriliyindən asılı olaraq gövdəvermə sayına bölmək lazımdır.
İri yumrular – 14 / 5 = 2,8 yumru 
Orta irilikdə yumrular – 14 / 3 = 4,7 yumru 
Xırda yumrular – 14 / 2 = 7 yumru 
Bir metr cərgədə yumru arası məsafəni tapmaq üçün 1 m (100 sm) məsafəni yumruların sayına bölmək lazımdır.
İri yumrular – 100 sm / 2,8 = 35,7 sm 
Orta irilikdə yumrular – 100 sm / 4,7 = 21,3 sm 
Xırda yumrular – 100 sm / 7 = 14,3 sm 
Hektara əkiləcək yumru sayını tapmaq üçün isə bir hektarda olan ümumi cərgələrin uzunluğunu (paqon metr) 
bir metrdə olan yumruların sayına vururuq.
İri yumrular – 14286 m x 2,8 = 40000 ədəd 
Orta irilikdə yumrular – 14286 m x 4,7 = 67144 ədəd 
Xırda yumrular – 14286 m x 7 = 100000 ədəd 
kartofçuluq təsərrüfatlarında əkin normasının müəyyən edilməsi təsərrüfat üçün vacib elementlərdən biridir. 
İndi isə bir hektara əkilən yumru sayını bir yumrunun kütləsinə vuraraq hektara əkilən yumrunun kq-la miqdarını 
tapırıq.
İri yumrular – 40000 x 0,08 = 3200 kq 
Orta irilikdə yumrular – 67144 x 0,05 = 3357 kq 
Xırda yumrular – 100000 x 0,03 = 3000 kq 
Göründüyü kimi yumruların iriliyindən asılı olaraq əkin norması çox az dəyişir. Çünki, iri yumrudan az sayda, 
kiçik yumrudan isə çox əkilir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin