235
Heyvanlar üçün kökümeyvələri və yaşıl kütləsi yaxşı yemdir.
Gövdə və yarpaqlarında çoxlu vitaminlər var. Proteinin tərkibində bütün əvəzsiz amin
turşuları var. Yaşıl kütləsində əhəmiyyətli dərəcədə inulin olduğundan heyvan orqanizmində mədə
şirəsinin təsirindən asan həzm olunan fruktozaya çevrilir.
Yaşıl kütləsi ilə təzə halda heyvanları yemləndirmək olar. Yaşıl kütləsinin hər sentnerində 20-
25 yem vahidi var. Budaqlarında 25-30% şəkər olur. Şəkərli yaşıl kütlə yaxşı siloslaşır. Silosun hər
sentnerində 18-25 yem vahidi var. Yumrular B qrupu vitaminləri ilə zəngindir.
Yer armudu donuzlar üçün ən erkən yem verir. Donuz xırçalarını köküyumrularla
qidalandırdıqda çəkiləri 20-30% artır və hədsiz yemləndirdikdə isə piy qatının keyfiyyəti yüksəlir.
Yumrular bişmiş, pörtmüş və çiy halda istifadə oluna bilər.
Becərilməsi və məhsuldarlığı.
Topinambur yabanı halda Şimali Amerikada bitir. Avropa
qitəsinə də oradan gətirilmişdir. Hal-hazırda topinamburun ən çox əkin sahəsi Fransadadır. Bundan
əlavə Polşada, Macarıstanda, Skandinaviya ölkələrində, İngiltərə, Amerika və s. yerlərdə becərilir.
Dünya əkinçiliyində yer armudu hektardan 500-600 sentner yem kütləsi verir. Bəzən 1000-1200
sentnerə də rast gəlinir.
Botaniki
təsviri.
Yer
armudu
kökümeyvəli çoxillik bitkidir.
Asteraceae
ailəsinin
Helianthus L.
cinsinə aiddir.
Dostları ilə paylaş: