Yeməli qabaq – Yerli Perexvatka, Palav Kadu – 268.
Becərilməsi və məhsulun yığılması. Bostan bitkiləri alaq otlarından təmiz münbit torpaqlara
tələbkardır. Onlar xam və dincə qalmış torpaqlarda, eyni zamanda çoxillik otlar altından çıxmış
tarlalarda yaxşı inkişaf edirlər.
Növbəli əkində üzvi və mineral gübrələrin düzgün tətbiqi məhsuldarlığı artırmaqla onun yetiş-
məsini sürətləndirir və keyfiyyətini yaxşılaşdırır. Qarpız altına hər hektara 15-20, qabaq altına 30-
40 ton peyin verilir. Mineral gübrələri hektara N
90
P
130
K
60
əsas şum altına, cərgələrə isə N
10
P
15
K
10
kq verilir. Mineral gübrələr məhsuldarlığı 25-30% artırır.
Torpağın becərilməsi 8-10 sm üzləmə, 25-30 sm dərinliyində şum aparmaqdır. Yaz becərmə
işləri 2 dəfə kultivasiya çəkmə və malalamadır.
Səpin üçün dolğun və sağlam toxumlar seçilir. Cücərmə qabiliyyəti 90%-dən aşağı
olmamalıdır. Səpinqabağı toxumları havada günəş altında 3-5 gün qızdırdıqdan sonra 50-60
0
C-də 4
saat saxlayırlar. Səpinə 1-2 gün qalmış toxumları 24 saat müddətində otaq temperaturunda
isladırlar.
Toxumları səpməzdən qabaq, hər kq-a 5 qram hesabı ilə 80%-li TMTD və 4 qram 65%-li
fentiuramla işləyirlər.
Səpin müddəti qarpız və qovun üçün torpağın 10 sm qatında temperatur 12-14
0
C və qabaq
üçün 9-10
0
C-dir. Bu temperaturda qarpız 9-10, yemiş 8-9, qabaq 6-7 gündən sonra çıxışlar verir.
Səpinin gecikdirilməsi məhsuldarlığa mənfi təsir göstərir.
Bostan bitkilərinin səpinləri SBN-3, CUB-2,4 markalı toxum səpən maşınlarla aparılır.
Punktir üsulu ilə səpin üçün SPÇ- 6M-dən istifadə edilir. Səpin üçün pambıq və qarğadalı toxumu
səpən maşınlarından istifadə olunur.
Səpin sxemləri
Qarpız - 2,5 x 1,5 – 1,7
2,1x 2,1 – 1,4
Qovun - 2,5 x 0,8 – 1,0
2,1 x 0,8 - 1,2
Qabaq - 2,5 x 1,8 – 2,0
2,8 x 1,5 – 1,8
Səpin norması hər hektara qarpız 1,5-3,0 kq, qabaq 3-5 kq, yemiş 2-4 kq-dır. Toxumun
basdırılma dərinliyi qarpız və qabaq 6-8 sm, yemiş 4-6 sm.
Əkinlərə qulluq malalama rotasiya toxaları ilə yumşaltmadır. Bu zaman həm qaysaq dağıdılır,
həm də alaq cücərtiləri məhv edilmiş olur. Cərgəarası becərmə 12-15 sm, sonra isə 8-10 sm
dərinliyində aparılır.
Cərgəarası becərmədə KRN-4,2, KRN-5,6, KNB-5,4 markalı kultivatorlardan istifadə olunur.
Məhsul yığımına 15 gün qalana qədər unlu şeh və antraknoz xəstəliklərinə qarşı hektara 600 litr 1%
-li bordo mayesi və 10- 15- 20 kq kükürd tozu ilə işləyirlər.
Vegetasiya müddətində bostan bitkilərini 3-5 dəfə suvarırlar (10-15 gündən bir). Çiçəkləməyə
qədər, çiçəkləmədə suvarma dayandırılır və meyvə əmələ gəldikdə yenidən suvarılır, norma hektara
600-800 m
3
–dir.
1-ci suvarma çıxışdan 20 gün sonra, 2-ci suvarma bundan 10-15 gün sonra aparılır. Yığıma
15 gün qalmış suvarma dayandırılır. Bostan bitkilərinin meyvələri eyni vaxtda yetişmirlər. Ona görə
də qarpız və yemişi 2-3 dəfəyə yığırlar. Qabaq və yem qarpızını bir dəfəyə yığırlar. Yetişərkən
qarpızın qabığı kobudlaşır, saplağı quruyur, yemiş isə sarı rəng alır. Qabaq da həmçinin.
Saxlamaq üçün zədələnməmiş meyvələri seçirlər. Qarpız 2-3
0
C, yemiş 0-2
0
C temperatur və
75-85% nəmlikdə (hava) saxlanılır. Balqabaq isə müvafiq olaraq 10
0
C və 70-75% nəm havada
saxlanılır.