Tapşırıq və yoxlama sualları – 20 1.
Yem kələminin nə kimi yemlilik dəyəri vardır?
2.
Yemlik kələminin bioloji xüsusiyyətləri barədə danışın.
3.
Yem kələminin hamaşçiçək və meyvəsini göstərin. Gövdəmeyvə nədir?
4.
Yem kələminin torpağa tələbatı necədir?
5.
Yem kələminin aqrotexnikası barədə danışın.
FƏSİL 21. YAĞLI VƏ EFİRYAĞLI BİTKİLƏR Toxumunda və meyvəsində piy, yaxud yağ (20 – 60%) olan bitkilər yağlı bitkilərə aiddirlər.
Bitki yağlarının böyük ərzaq və texniki əhəmiyyəti vardır. Ondan ərzaq kimi, yeyinti sənayesində
(çörək bişirmədə), konserv, qənnadı məmulatı və marqarin, əlif yağı, hazırlanmasında geniş istifadə
edilir. Eyni zamanda linoleum və stearin turşularının alınmasında, lak-boyaq, toxuculuq, ətriyyat,
sabunbişirmə, gön-dəri aşılama və s. sənaye sahələrində istifadə olunur. Yağlı bitkilər həm də bitki
zülalı mənbəyidirlər.
Yağlı bitkilərin toxumlarından yağ emal edən zaman jmıx və cecədə 35-40%-ə qədər zülal
qalır ki, bu da heyvandarlıq üçün zülal və yağla zəngin konsentratlı yemdir. Yağlı bitkilərin bir
çoxu yaxşı bal verəndir.
Dünya əkinçilik sistemində yağlı bitkilərin əkin sahəsi əhəmiyyətli dərəcədədir. Onların əkin
sahəsi yer kürəsində 140 milyon hektardan çoxdur. Ən çox əkin sahəsinə malik olan bitki soyadır
(68 mln./ha), günəbaxan (18 – 19 mln./ha), araxis (22 mln./ha), turpəng (22 mln./ha), kətan (7,7
mln/ha), küncüt (6,8 mln./ha) və s. Yağlı bitkilərin əkin sahələri əsasən ABŞ, Kanada, Hindistan,
Braziliya, Argentina, Çin, Pakistan, Rusiya, Moldova və Ukraynanın payına düşür.
Yağlı bitkilər müxtəlif fəsilələrin (Astra, Kələmkimilər, Paxlalılar, Dalamaz
,
Südləyənlər və
s.) cürbəcür botaniki növlərini təmsil edirlər.
Bitki mənşəli yağlar gliserin və müxtəlif yağ turşularının nisbətindən ibarət üç atomlu
spirtlərin mürəkkəb efirləridirlər. Yağların tərkibində 75–79% karbohidrogenlər, 11-13% hidrogen
və 10-12% oksigen vardır. Sulu karbonlar və zülallarla müqayisədə yağlar daha az oksidləşən
birləşmədirlər və zülal və sulu karbonlara nisbətən iki dəfə kalorilidirlər.
Yağların xassələri müxtəlif bitkilərin tərkibində olan doymuş (palmitin, stearin və s.) və
doymamış (olein, linolin, linolein və s.) yağ turşularının miqdarından asılıdır.
Müxtəlif bitkilərin meyvə və toxumlarındakı yağların miqdarı və keyfiyyəti, bitkilərin növü
və sortundan, onların yetişdirildiyi mühitdən, xüsusən torpaq, iqlim, aqrotexniki və s. şəraitdən
asılıdır (şəkil 45). Bir çox bitki yağları havanın oksigeni ilə birləşərək quruyur və bərk elastik kütlə
əmələ gətirirlər. Yağın quruma qabiliyyəti onun əsas keyfiyyət göstəricisidir. Bitki yağlarının
quruma qabiliyyəti yod ədədi ilə təyin edilir.
Yod ədədi – 100 qram yağın özünə neçə qram yod
242
birləşdirməsi deməkdir. Yod ədədi nə qədər yüksək olarsa yağın quruma qabiliyyəti bir o qədər çox
olar.
Cədvəl 45