Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə271/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   267   268   269   270   271   272   273   274   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları: 
Qiqant – 549, Yaxşılaşdırılmış VNİİMK – 883, 
Kazio. 
Növbəli əkində yeri
. Günəbaxan üçün ən yaxşı sələflər payızlıq və yazlıq dənli taxıl
bitkiləri, dənlik və silosluq qarğıdalıdır.
Günəbaxanın dərinə işləyən kök sistemi vegetasiyasının ikinci yarısında, xüsusən, 200-300 
sm torpaq qatındakı nəmlikdən səmərəli istifadə etmək qabiliyyətinə malikdir. Ona görə də güclü 
kök sisteminə malik olan, - torpağın aşağı qatlarındakı nəmlikdən istifadə edən yonca, şəkər 
çuğunduru və sudan otundan (sorqo) sonra günəbaxanı becərmək olmaz. Nəmlik az olan bölgələrdə 
növbəli əkin tarlasında günəbaxanı həmin bitkilərin səpinindən dörd il sonra yerləşdirmək olar. 
Günəbaxan növbəli əkində öz yerinə 8–10 ildən sonra qaytarılmalıdır. Əgər tez qaytarılarsa kəhrə, 
xəstəlik və zərərvericilərin yayılmasına səbəb olur. Günəbaxan noxud, soya, lobya və rapsla bir sıra 
ümumi xəstəliklərə tutulduqları üçün bunlardan sonra onu növbələndirmək olmaz. 
Günəbaxan özü yazlıq buğda, vələmir, arpa və digər yazlıq taxıllar üçün yaxşı sələfdir. Lakin 
çox vaxt sahə (tarla) tökülmüş günəbaxan toxumlarının hesabına zibillənir. 
Torpağın becərilməsi. 
Torpağın əsas becərilməsinə başlıca tələbat
 
çoxillik alaqların məhv 
edilməsi, tarlanın səthinin hamarlanması və nəmliyin qorunub saxlanmasıdır. Əgər günəbaxan 
payızlıq dənli taxıl bitkilərindən sonra yerləşdirilirsə kövşənlik 12-25 günlük fasilə ilə 2 dəfə 
üzlənir. Birinci üzləmə 6-8 sm, ikinci üzləmə isə 10-12 sm dərinlikdə aparılır. Torpaq quru olarsa 
birinci üzləmədən sonra 600-700 m
3
həcmində aldadıcı suvarma aparılır. Üzləmənin aparılmasında 
məqsəd nəmlik itkisinin qarşısını almaq və alaq otlarının toxumlarının cücərdilərək məhv 
edilməsidir. Sonra sahəyə üzvi və mineral gübrə verərək 27-30 sm dərinliyində şum qaldırılır. 
Yazda sahənin becərilməsində məqsəd torpaqda nəmlik ehtiyatını saxlamaq, cücərmiş alaqları 
məhv etmək, normal günəbaxan cücərtiləri almaq üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Bunun 
üçün sahə malalanır və alaqlar əmələ gəldikdə kultivasiya çəkilir. Birinci kultivasiya 10-12 sm 
dərinlikdə, sonrakılar nisbətən az dərinlikdə aparılır. Səpin qabağı torpağın üzlənməsi və 
hamarlanması herbisidlərin bir bərabərdə verilməsinə (çilənməsinə), toxumların eyni dərinliyə 
basdırılmasına, yaxşı çıxışlar alınmasına və bitkilərin bərabər böyüməsinə imkan yaradır.
Tarlada güclü alaqlanma olduqda promietrin və treflan herbisidlərinin qarışığından istifadə 
olunur. Aratdan sonra torpaq yetişən kimi səpinqabağı becərmə, yəni kultivasiya və malalama 
aparılır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin