Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması. Səpin üçün
rayonlaşdırılmış sort və hibridlərin sağlam və yetişmiş birinci repraduksiyalı iri toxumlardan
istifadə olunmalıdır. Toxumların cücərmə qabiliyyəti ən azı 96%, təmizliyi isə 99 % olmalıdır.
Günəbaxan toxumları cücərmə qabiliyyətini tez itirdiyindən səpin üçün yalnız keçən ilki
toxumlardan istifadə olunmalıdır. Cücərmə qabiliyyətini artırmaq üçün toxumlar isti havada
sərilərək qurudulur. Zərərvericilərə qarşı 1 ton toxuma 100-150 kq heksaxloran dustu, göbələk
xəstəliklərinə qarşı isə 1 ton toxuma 1,5-2,0 kq qranozanla dərmanlanır.
Erkən səpinləri torpağın əkin qatında temperatur 5-7
0
C olduqda aparmaq mümkündür.
Gündəlik temperatur 10-12
0
C olduqda cücərtilər daha tez alınır.
Yüksək yağlılığa malik olan günəbaxan sortları nisbətən istiliyə tələbkardırlar. Bunun üçün
toxum basdırılan dərinlikdə (7-8 sm.) temperatur 8-10
0
C olduqda səpinin aparılması zəruridir.
Gecikdirilmiş səpinlər, yəni torpağın əkin qatında hərarətin 14-16
0
C –yə çatması və artıq
olması bütün bölgələrdə günəbaxanın məhsuldarlığını aşağı salır.
Səpin erkən yazda fevral ayının axırları və mart ayının əvvəllərində aparılır.
Son dövrlərdə günəbaxanı gencərgəli punktir səpin üsulu ilə, yəni cərgəarası 70 sm olmaqla
becərirlər. Səpin üçün SUPN-8, SKPP-12 aqreqatlarından istifadə edilir. Bitki sıxlığı hektarda 40-
50 min ədədə bərabər olmalıdır. Cərgələrdə bitki arası məsafə 30-40 sm-ə qədər, hər metrdə 3,0-3,5
bitki olmalıdır. Nəmlik enhtiyatı az olan yerlərdə hektarda bitki sıxlığı 20-30 min və cərgələrdə
bitki arası məsafə 50-60 sm, yəni hər metrdə 1,5-2,0 bitki olmalıdır. Səpin norması hektara 8-14 kq
toxum götürülür. Toxumların normal basdırılma dərinliyi 6-8 sm, quraqlıq şəraitdə 8-10 sm, yazı
soyuq keçən qranulometrik tərkibi ağır olan nəmli torpaqlarda isə 5-6 sm - ə bərabərdir. Xırda
toxumlu hibridlərin toxumları nəm torpağa 4-5 sm. dərinliyə basdırırlar.