Toxumun yığımdan sonra işlənməsi Yığımdan sonra bir çox qarışıqlar – gövdə, səbətcik və
yarpaq hissəcikləri olur. Bu qarışıqları toxuma nisbətən nəmli olduqlarına görə yığımdan sonra
dərhal təmizləmək vacibdir. Təzə yığılmış toxumları 25-30 gün yığımdan sonra yetişmək üçün
saxlayırlar. Bu prosesi sürətləndirmək üçün digər qarışıqlardan toxumu təmizləyərək, nəmliyi 8-
10% qalana qədər qurudurlar. Toxumlar saxlanılan yerlərdə 0,4 m hündürlüyündə yığılır.
21.1.2. Küncüt Əhəmiyyəti. Küncüt qədim mədəni yağlı bitkilərə mənsubdur.
Küncüt bitkisi tərkibindəki
yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16-18% zülal və 18%
karbohidratlar vardır. Küncüt yağı bitki yağları
içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub,
öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir.
Soyuq üsulla alınmış yağ sarı rəngli iysizdir və əla
tama malikdir. Yod ədədi 103-112-yə bərabərdir.
Ondan konserv və qənnadı məmulatlarının
hazırlanmasında, tibdə, sabun istehsalında istifadə
olunur.
Toxumlarından konfet, şərq şirniyyatları və
qabığı təmizlənmişlərdən sonra halva hazırlanır.
Soyuq üsulla yağ alındıqdan sonra jmıxın tərkibində
8% yağ və 40% zülal olur ki, bu da qənnadı
sənayesində istifadəyə yararlıdır. İsti üsulla alınan
jmıx heyvandarlıqda konsentratlı yemdir. Bir sentner
jmıx 132 yem vahidinə bərabərdir.
Küncüt yağı yanarkən, yağın isti üsulla emalı
zamanı yaranan hisdən yüksək keyfiyyətli tuş
hazırlanır. Küncüt toxumlarından şərq şirniyyatları
və konfet hazırlanmasında, bulkaların üzərinə
səpmək və s. istifadə olunur.
Onun vegetativ orqanlarından, çiçəklərindən
alınan xüsusi maddədən ətriyyatda istifadə edilir.
Küncütün vətəni Afrikadır. Orta Asiya
ərazisinə küncüt qədimdən Hindistan ərazisindən
keçib. Əsas küncüt becərən ölkələr Hindistan, Çin,
Birma, Pakistan, Koreya, Yaponiya, Əfqanıstan,
Meksika və Amerikadır. Əkinləri Özbəkistan,
Türkmənistan
və
Tacikistanda
da
çoxdur.
Zaqafqaziya ərazisinə küncüt İrandan keçmişdir.
Küncüt Avropa ölkələrində də becərilir. Dəmyə
şəraitdə məhsuldarlığı hər hektardan 10-12 sentner, suvarılan ərazilərdə isə 18-20 sentnerdir.
Yunan alimi (tarixçi) Ksenofont deyirdi ki, döyüşçülər özlərini qorumaq üçün bədənlərinə
küncut yağı sürtürdülər.