249
(Pedaliaceae)
ailəsinin birillik bitkisidir. Küncütün gövdəsi 80-110
sm hündürlüyündə olub dik
durandır. Mil kökü torpağın 1 metrə qədər dərinliyinə gedir, yan köklər
isə çox budaqlanan olub
ətrafa yayılır.
Yarpaq saplaqları uzundur, yarpaq ayası bütöv və bölünmüş, kənarları isə tam və ya dişli olur.
Çiçəkləri zəngə oxşayır yarpaq qoltuğunda 1-2 ədəd olurlar. Çiçək tacının rəngi ağ, çəhrayı və
bənövşəyi olur. Öz-özünə tozlanan bitkidir.
Meyvəsi uzun 4 və ya 8 üzlü qutudur. Qutunun uzunluğu 3-4 sm, bir bitkidə 100-150 qutu
olur. Yetişən zaman qutusu aralanır. Bir qutuda 70-80 toxum olur. Toxumlar xırda, yastı, rəngi ağ,
boz, qonur və qara olur. Min ədədinin kütləsi 3-5 qr arasında dəyişir.
Küncüt işıq və istilik sevən qısa gün bitkisidir. Toxumları 15-18
0
C-də cücərir, -1
0
C şaxtada
isə məhv olur. İnkişafı üçün ən yaxşı temperatur 25-30
0
C-dir. Temperaturun 15
0
C-dən aşağı
hərarətdə bitkinin inkişafı dayanır. Nəmliyə və qida elementlərinə tələbi yüksəkdir. Küncüt bitkisi
cücərmə və intensiv böyümə vaxtları nəmliyə çox tələbkar olur.
Küncüt yüngül qranulometrik tərkibli münbit torpaqlarda yaxşı inkişaf edir. Ağır gilli, bataqlı,
şoran
torpaqlarda, eyni zamanda qaysaq əmələ gətirən torpaqlarda bu bitki yaxşı inkişaf etmir.
İlk çıxışlardan bir ay müddətinə küncüt zəif, çiçəkləmə dövründən
isə sürətlə böyüməyə
başlayır. Vegetasiya müddəti 90-120 gün arasında dəyişir.
Becərilməsi.
Küncütün cücərtiləri nisbətən zəif böyüyür və alaq otlarından çox zərər çəkir.
Odur ki, bitki üçün alaqlardan təmiz və münbit tarlalar ayrılmalıdır. Növbəli əkində küncüt üçün ən
yaxşı sələflər payızlıq buğda, qarğıdalı və dənli-paxlalı bitkilərdir. Tarlanı gec azad etdiyindən
küncüt özü payızlıq taxıllar üçün sələf ola bilməz. Növbəli əkində küncüt öz yerinə 6-7 ildən sonra
qaytarılmalıdır.
Küncüt qida maddələrinə tələbkardır. Əkinlərin hər hektarına 10 ton peyin, 30 kq azot, 30 kq
fosfor və 30 kq kalium gübrələri verilir.
Əsas şumun dərinliyi 25-27 sm olur. Qış-yaz dövründə torpaqda nəmlik ehtiyatı yaratmaq və
alaqlarla mübarizə aparmaq üçün lazımi becərmə işləri (mala, kultivasiya) aparılır. Yazda 2-3 dəfə,
8-10 sm dərinlikdə 1-ci kultivasiya, sonrakılar dayaz olmaqla aparılır.
Səpin torpağın üst qatında gündəlik temperatur 15-16
0
C olduqda aparılır. Bu may ayının
əvvəlinə təsadüf edir. Küncütün səpini taxılsəpən maşınlarla cərgəvi üsulla (45-70 sm) aparılır.
Səpin norması hektara 5-8 kq olur. Toxumun basdırılma dərinliyi 2-3 sm-ə bərabərdir. Səpindən
sonra sahə kipləşdirilir və alaqlara qarşı mübarizə tədbirləri həyata keçirilir. 3-4 dəfə cərgəarası
becərmə aparılır. Suvarma iki dəfə gönçələmə və kütləvi çiçəkləmədən sonra aparılır.
Suvarma
norması hektara 800-1000 m
3
-dir.
Dostları ilə paylaş: