254
Belə ki,
raps üçün kəltənsiz, çala-çuxursuz səthi hamar torpaqlar lazımdır, çünki toxumları
çox xırdadır. Torpaq payızlıq taxıllarda olduğu kimi hazırlanır. Torpağın becərilməsi üzləmədən,
əsas şumdan və səpin qabağı becərmədən ibarətdir. Səpinqabağı becərmənin dərinliyi 4-5 sm-dir.
Raps yüksək toxum və yaşıl kütlə məhsulunu yalnız münbit torpaqlarda verir. Bir ton toxum
yaratmaq üçün raps 50-60 kq azot. 35-36 kq fosfor, 40-60 kq kalium, 40-70 kq kalsium, 14-22 kq
maqnezium və 40 kq kükürd tələb edir.
Səpin adi cərgəvi üsulla, bəzən gencərgəli cərgəarası 30 və 45 sm olmaqla aparılır. Hektara
12-15 kq gencərgəli üsulda isə 6-8 kq toxum (1,1-1,5 mln. ədəd cücərmə qabiliyyətli) sərf edilir. Ən
yaxşı bitki sıxlığı payızda 1m
2
-ə 80-120 bitki, yazda isə 60-100 bitkidir. Səpin müddəti payızlıq
taxıllardın 2-3 həftə tezdir. Toxumun basdırılma dərinliyi 2-3 sm-dir.
Səpindən sonra tarla
tapanlanır. 4-6 yarpaq fazasında orta dişli malalarla aqreqatın hərəkət sürəti saatda 4-5 km olmaqla
payız malası aparılır. Gencərgəli əkinlərdə birinci kultivasiya bitkinin səthinə torpaq tökülməməsi
üçün iki cüt yarpaq fazasında aparılır. İkinci kultivasiyanı azca dibdoldurmaqla cərgələr
qovuşduqda başa çatdırmaq lazımdır. Gencərgəli əkinlərdə yaz vegetasiyası dövründə yemləmə
gübrəsindən sonra cərgələrin köndələninə dişli malalarla malalama aparılır.
Əkinləri xaççiçəklər birəsindən mühafizə üçün toxumlar səpinqabağı 1 tona 5-6 kq hesabı ilə
80%-li TMTD ilə işlənilir. Birələrə qarşı hektara 0,5 litr 50%-li
aktellik
preparatı ilə çiləmə aparılır.
Raps mişarçılarına, raps çiçəkyeyənlərinə, mənənələrə və digər həşəratlara qarşı əkinlər çiçəkləmə
fazasına qədər hektara 0,6-0,8 litr 50%-li karbofosla, yaxud 0.3 litr 20%-li sumisiddinlə işlənilir.
Alaq otlarına qarşı 25%-li treflan herbisidi hektara 3 litr hesabı ilə səpinqabağı kultivasiya altına
verilir. Çicəkləmə dövründə tarlanı
dərmanlamaq olmaz, ona görə ki, bal arıları məhv ola bilər.
Rapsın meyvələrinin yetişməsi tədrici olduğundan qını asan partlayır və toxum itkisinə yol verilir.
Yığımı bir başa tam yetişmə dövründə taxıl yığan kombaynla aparmaq olar. İsti havalarda toxumun
nəmliyi 30-40% olduqda yığım hissə - hissə aparılır, bu zaman paxlalar saralır və içərisindəki
toxumlar qonur və qara rəng alır. Toxum təmizlənir və nəmliyi 7%-ə çatdırıldıqdan
sonra anbara
yığılır.
Yaşıl kütlə üçün raps bitkisini erkən
yazda səpirlər. Çıxış alınandan 50-60 gün
sonra bitkinin boyu 50-60 sm-ə çatır və
birinci biçin aparılır. İkinci biçin birincidən
45-50 gün sonra yer səthindən 10-12 sm
hündürlüyündə yerinə yetirilir.
Birinci
biçindən sonra 50-60 kq təsiredici maddə
hesabı ilə azotla yemləmə aparılır.
Dostları ilə paylaş: