262
Səpindən dərhal sonra eyni bərabərdə çıxışlar almaq üçün sahə tapdalanır, 4-5 gündən sonra
cücərtilərə qədər birinci malalama aparılır, toxumlar çirtən zaman ikinci malalama aparılır. Alaq
otlarına qarşı mübarizə məqsədi ilə 2-3 dəfə cərgəarası becərmələr aparılır və 2-3 yarpaq fazasında
hektara 4 kq propanid herbisidi çilənir.
Toxumların yetişməsi eyni vaxta təsadüf etmir, həm də yetişmiş toxumlar asanca tökülür.
Əlverişsiz hava şəraitində daha çox toxum itirilməsi qaçılmazdır.
Məhsulun iki mərhələdə yığılması daha yaxşı nəticə verir. Meyvələrin 40%-i qonurlaşdıqda
biçin başlanır, 80%-i qonurlaşanda isə biçin qurtarır. Biçin 15-20 sm hündürlükdən aparılır.
Meyvədə nəmlik 15-16%-ə çatdıqda biçilmiş kütlə barabanın dövrlər sayı aşağı olan taxıl
kombaynı «Niva» ilə döyülür. Saxlama anbarına yığılarkən toxumların nəmliyi 12%-dən
yüksək
olmamalıdır.
Dostları ilə paylaş: