Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə3/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   2   3   4   5   6   7   8   9   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

20 min
növündən 
640 növü
daha 
əhəmiyyətlidir. 
F. X. Baxteyevə görə onların 
190 növü
daha çox becərilənlərdir. Bitkiçilikdə 
90 növ
bitki 
öyrənilir. Tarla bitkilərinin dünya üzrə əkin sahəsi 1375 500 min hektardır. Onun 70%-i və ya 710 - 
750 milyon hektara yaxını dənli taxıl bitkiləridir (buğda, çovdar, arpa, tritikale, vələmir, qarğıdalı, 
sorqo, çəltik, darı). 



Dünyada dənli taxıl bitkiləri ilə yanaşı digər bitkilərdən pambıq, kartof, şəkər qamışı, raps, 
araxis, yağlı kətan, günəbaxan, küncüt, soya və s. əhəmiyyətli dərəcədə becərilir. 
Tarla bitkilərinin 80-dən artıq növü köhnə, 100 növü isə yeni dünya ölkələrində meydana 
gəlmişdir. 
Avropa və Asiyadan Amerika qitəsinə buğda, çovdar, arpa, vələmir, çəltik, göy noxud, soya, 
xaş-xaş, yonca, Amerikadan Avropa, Asiya və Afrika ölkələrinə isə kartof, günəbaxan, pambıq, 
tütün, lobya, qarğıdalı, araxis, qabaq gətirilmişdir. 
Çəltik, çumiza, nut, soya, kəndir, kənaf ən çox Çində və Hindistanda, qarpız, sorqo Sudanotu, 
küncüt, gənəgərçək Afrika ölkələrində, şəkər çuğunduru, ağ xardal, üçuarpaq, taxıl otu, gülül 
Avropa ölkələrində meydana gəlmişdir. 
Hal-hazırda dünya əkinçiliyində buğda 240, çəltik 150, qarğıdalı 130, darı və sorqo 120, arpa 
100, vələmir 30, çovdar 18, qarabaşaq 4, kartof 20-24, günəbaxan 15-16, şəkər çuğunduru 14-17, 
milyon hektar sahədə becərilir. 
Bitkiçilik elminin predmeti
– tarla bitkiləridir. 
Bu elm mədəni şəkildə becərilən tarla 
bitkilərinin əhəmiyyətini, coğrafi yayılmasını, məhsuldarlığını və onun keyfiyyətinin idarə 
olunmasını, bitkilərin morfoloji quruluşunu və bioloji xüsusiyyətlərini, becərmə texnologiyasını 
və məhsulun yığılmasını öyrənir.
Tarlaçılıqda məhsul istehsalının həcmi bitkilərin becərilmə texnologiyasını təkmilləşdirməklə 
daha məhsuldar sortların becərilməsinə keçməklə bitkilərin əlverişsiz həyat şəraitinə qarşı daha 
səmərəli mübarizə tədbirləri işləyib həyata keçirməklə artırılır. Elmi-texniki tərəqqinin son 
nailiyyətlərindən istifadə edilməsinə və s. bitkilərin məhsuldarlığı xeyli yüksəldilmişdir. Son 
dövrlərdə yaşayan əhalinin hər nəfərinə 0,55 hektar əkin sahəsi düşürdü. Ona görə də intensiv 
əkinçilik sisteminə keçməklə, becərilən bitkilərin məhsuldarlığı xeyli yüksəldilməlidir. Taxıl 
istehsalı sahəsində qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün ixtisaslaşdırılmış taxılçılıq 
təsərrüfatları (fermer birlikləri) yaradılmalıdır. Bərk və qüvvəli buğdalar, çəltik, arpa, vələmir, 
qarğıdalı, soya, noxud və s. bitkilər üzrə dən istehsalının həcmi, məhsuldarlığın yüksəldilməsi 
hesabına artırılacaq. Taxılçılığın inkişafı əhalinin heyvandarlıq məhsullarına olan tələbatının da 
daha yaxşı ödənilməsinə səbəb olur. 
Bitkiçilik məhsullarının tədarükü, saxlanması, daşınması, emalı, yüksək keyfiyyətlə 
istehlakçıya çatdırılması sahəsində də xeyli işlər görüləcəkdir. 
Bitkiçiliyin 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin