Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə301/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   297   298   299   300   301   302   303   304   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
21.2.5. Sürvə (adaçayı)
Əhəmiyyəti, yayılması və məhsuldarlığı.
Sürvənin hamaşçiçəyinin tərkibində olan efir
(0,35%) yağı ətriyyatda, yeyinti sənayesində və şərabçılıqda geniş tətbiq olunur.
Sürvə əsasən tropik və subtropik ölkələrdə çox yayılmışdır. Burada 700 növünə təsadüf edilir.
Rusiya Federasiyasında əsasən Krasnodar diyarında və Krım vilayətində daha çox becərilir. Orada 
80-ə yaxın növünə rast gəlinir. Moldovada da əkin sahəsi çoxdur. Azərbaycan ərazisində 27 növü 
yayılmışdır. Sürvənin müxtəlif növlərindən gülçülükdə, ətriyyat sənayesində və dərman bitkisi kimi 
istifadə edilir. Ən çox yayılanı dərman sürvəsidir (
S. officinalis
); bənövşəyi çiçəkli yarımkoldur. 
Yarpaqlarında efir yağı, alkaloidlər və aşı maddəsi var. Yarpaqlarından hazırlanan cövhər ağız 
boşluğunun, qırtlağın xəstəliklərində büzüşdürücü və iltihab əleyhinə dərman kimi istifadə edilir. 
Ənbər sürvəsi (
S. selarea
) çəhrayı-yasəməni, yaxud ağ çiçəkli bitkidir. Ukraynanın cənubunda, 


266 
Krımda, Orta Asiyada, Qafqazda, o cümlədən Azərbaycanda becərilir. Çiçək qrupundan 
farmakologiyada, qənnadı, likör və tütün sənayesində işlədilən efir yağı alınır. Bəzi növləri 
dekorativ bitkidir. 
Çiçək qrupunun məhsuldarlığı hektardan 30-40 sentnerə çatır.
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Sürvə - 
Calvia selarea L.
dodaqçiçəklilər - 
Labiatae
fəsiləsindən çoxillik otvarı bitkidir. Sürvənin yaxşı inkişaf etmiş mil kök sistemi vardır. 
Gövdəsi budaqlanan, dördüzlü, hündürlüyü 100-120 sm-dir. Yarpaqları qarşı-qarşıya duran, iri, 
yumurtavarı, qırış-qırış, kənarları mişar kimidir. Çiçəkləri çəhrayı, yasəmən yaxud ağ rəngli çiçək 
tacından ibarətdir. Hamaşçiçək budağın nəhayətində süpürgəvari budaqlanandır. Tərkibində 
quruyan piyli yağ olan quru meyvəsinin içərisində dörd ədəd səthi sığallı xırda qozcuqlar var.
Sürvə temperatura və nəmliyə o qədər də tələbkar deyil. Onun toxumları 10-12 
0

temperaturda cücərməyə başlayır. Cücərtiləri - 6 
0
C şaxtalara dözür. Qışda qar örtüyü altında -30 
0
C-yə qədər şaxtaya dözə bilir. Yetkin bitkilər quraqlığa yaxşı dözürlər.
Sürvə işıqsevən bitkidir. Kölgəlikdə pis bitir və məhsuldarlığı aşağı olur. Onun üçün münbit 
qara torpaqlar ən yaxşı hesab olunur.
Birinci ili sürvə kökətrafı yarpaq rozetlərini əmələ gətirir, ikinci ili isə sıx yarpaqlı budaqları, 
hamaşçiçəyi və meyvəsi əmələ gəlir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin