Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Fotosintetik aktiv radiasiya



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə31/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   27   28   29   30   31   32   33   34   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Fotosintetik aktiv radiasiya.
Fotosintezin zəruri şəraiti günəş radiasiyasının enerjisidir. Elə 
əkinlər yaratmaq lazımdır ki, yarpaqlar günəş enerjisini uda bilsin, daha yüksək faydalı əmsalın 
təsiri və ən çox biokütlə yaratmaq üçün bir yerdə (cəmlənmə) toxumlarda, kökümeyvələrdə, 
yumrularda və s. toplanması təsərrüfat məhsulunun qiymətli bir hissəsidir. 
Fotosintez prosesində bütün günəş enerjisi yox, ancaq onun görünən hissəsi - dalğasının 
uzunluğu 380-dən 720 nm-ə (nanometr) qədər olan fotosintetik fəal radiasiya (FFR) iştirak etmir. 
Bu şüalar xlorofil tərəfindən udulur və fotosintezin energetik əsası hesab edilir. Enerjisi günəş 
radiasiyasının ümumi enerjisinin 50%-ə qədərini təşkil edir. Günəş spektrinin infraqırmızı hissəsi 
eləcədə ümumi günəş enerjisinin 50%-ə qədərini təşkil edərək, fotosintezin fotokimyəvi 
reaksiyalarında iştirak etmir. Bu şüalar torpaq tərəfindən udulur, havanın yer qatına yaxın təbəqəsi 
və bitkinin özü isinir, bu zaman torpaq səthindən nəmliyin buxarlanması və transpirasiya güclənir. 
Vahid torpaq səthinə düşən FFR-in miqdarı orta hesabla ilin ayları və ayın dekadaları üzrə təyin 
edilərək, müxtəlif coğrafi zonalar və müxtəlif soraq kitabçalarında göstərilib.
Məhsulun miqdarı (yüksək, orta, aşağı) obyektiv göstəricilərin FFR-ın istifadə əmsalına 
xidmət edə bilər. Yaxşı məhsula FFR-ın 2-3% istifadəsi uyğun gəlir. İntensiv tip sortları becərən 
zaman və məhsulun formalaşmasında bütün proseslərin optimallaşdırılmasından FFR-in 3,5-5,0% 
və daha çox məhsulda toplanması mümkündür.
Vegetasiya dövründə günəş enerjisinin daxil olması coğrafi en dairəsindən asılıdır. 
Əkinlərin fotosintetik fəaliyyətinin göstəriciləri.
Yarpaqların fotosintetik fəal radiasiyanı 
udmaları üçün, əkinlər özündə optiki sistemi təmsil edirlər. Bitkinin inkişafının başlanğıc dövründə 
assimilyasiya səthi kiçikdir və fotosintetik fəal radiasiyanın əhəmiyyətli hissəsi yarpaqlardan yan 
keçir, onlar tərəfindən tutulmur. Yarpaq səthinin artması onlar tərəfindən günəş enerjisinin 
udulmasını gücləndirir. Əgər yarpaq səthinin indeksi 
*
4-5 olarsa, yaxud əkinin yarpaq səthi 40-50 
min m
2
/ha, FFR-ın əkinin yarpaqları tərəfindən udulması maksimuma çatan 70-80%-i, ümumi 
radiasiyanın 40%-dir. Sonradan yarpaq səthinin artması zamanı FFR-ın udulması yüksəlmir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin