Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


* Bitkilər yerləşən sahədə yarpaqların səthi çoxdursa radiasiya indeksi bir o qədər çox olur. Radiasiya indeksi yarpaqların



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə32/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   28   29   30   31   32   33   34   35   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

* Bitkilər yerləşən sahədə yarpaqların səthi çoxdursa radiasiya indeksi bir o qədər çox olur. Radiasiya indeksi yarpaqların 
miqdarından asılıdır. Əgər yarpaq səthinin indeksi 4-ə bərabər olarsa onda yarpaq səthi 40 000 m2/ha, yaxud, 4 m2/m2 təşkil edir.


34 
Harada ki, əkinlərin yarpaq səthinin formalaşması optimaldır, FFR-ın udulması vegetasiya 
müddətində orta hesabla düşən radiasiyanın 50-60% -ni təşkil edir. Bitki örtüyü ilə udulmuş FFR 
fotosintez üçün enerji ehtiyatının əsasıdır. Ancaq məhsulda bu enerjinin bir qismi toplanır. Adətən 
FFR-nın istifadə əmsalı bitki örtüyünə düşən FFR-nın nisbətinə görə müəyyən edilir.
Əgər əkində FFR–ın məhsulun biokütləsində toplanmasına 2-3% düşürsə, onda bitkinin bütün 
orqanlarının quru kütləsi 10-15 ton/ha təşkil edir, lakin mümkün olan dən məhsuldarlığı bir hektara 
4-6 tondur. Seyrək əkinlərdə FFR–ın istifadə əmsalı cəmi 0,5-1,0% təşkil edir.
Əkinlərə fotosintetik sistem kimi baxan zaman vegetasiya dövründə yaranmış quru biokütlə 
məhsulu yaxud onun müəyyən dövrdə artımı yarpaq səthinin orta böyüklüyündən, müddətin davamı 
və bu dövrdə fotosintezin xalis məhsuldarlığından asılıdır. 
 
M = FP
· FXM, 
burada, M – quru biokütlənin məhsuldarlığı, t/ha; FP – fotosintetik potensial, min m
2
· gün/ha; FXM 
– fotosintezin xalis məhsuldarlığı, q/(m
2
· gün). 
Fotosintetik potensial aşağıdakı formula ilə hesablanır 
FP = S
c
T, 
burada, S
c
- dövr ərzində yapaq səthinin orta miqdarı, min m
2
/ha; T – dövrün müddəti, günlər. 
Cəmi bitkilərin (senoz) əsas göstəriciləri və eləcə də məhsuldarlığı sahə vahidində – 1 m
2
yaxud 1 hektar hesabı ilə müəyyən edilir. Deməli, yarpaq səthi min m
2
/ha ölçülür. Bundan əlavə, 
yarpaq səthinin indeksi kimi göstəricilərdən istifadə edilir.
Assimilyasiya səthinin əsas hissəsini yarpaqlar təşkil edir, məhz fotosintez onlarda həyata 
keçir. Fotosintez bitkinin digər yaşıl hissəsində – gövdələrdə, qılçıqlarda, yaşıl meyvələrdə və s. 
gedə bilər, lakin bu orqanların payı ümumi fotosintezdə adətən əhəmiyyətsizdir (kiçikdir).
Əkinlərdə yarpaq səthinin dinamikası müəyyən qanunauyğunluqlara tabedir. Cücərtilər 
alındıqdan sonra yarpaqların səthi tədricən artır, ona görə də böyümə sürəti güclənir. Yan zoğların 
əmələ gəlməsinin dayanması zamanı və bitkinin boyunun yüksəlməsindən yarpaq səthi vegetasiya 
müddətində maksimum həddə çatır, sonra tədricən alt yarpaqların saralması və məhv olması ilə 
əlaqədar olaraq aşağı enməyə başlayır. Bir çox bitkilərin (dənli taxıllar, dənli-paxlalılar) əkinlərində 
vegetasiyanın sonuna bitkilərdə yaşıl yarpaqlar olmur.
Müxtəlif kənd təsərrüfatı bitkilərində yarpaq səthi vegetasiya müddətində su təminatından, 
qidalanmadan, aqrotexniki üsullardan asılı 
olaraq güclü dəyişə bilər. 
 
Quraqlıq şəraitdə maksimum yarpaq səthi 
cəmi 5-10 min m
2
/ha çatır, lakin nəmlik və azot 
qidası bol olan zaman o 70 min m
2
/ha ötüb 
keçə bilər. Hesab olunur ki, əkinlərdə 4-5 
yarpaq səthi indeksində optik fotosintetik 
sistem daha çox miqdarda FFR udaraq optimal 
rejimdə işləyir. Yarpaq səthi kiçik olan zaman 
onlar fotosintetik fəal radiasiyanı tutmurlar. 
Əgər yarpaq səthi bir hektarda 50 min m
2
-dən 
çoxdursa, onda yuxarıdakı yarpaqlar alt 
yarpaqları kölgələndirir, onların fotosintezdə 
payı kəskin aşağı enir.
Yarpaq səthinin dinamikası göstərir ki, 
əkinlər fotosintetik sistem kimi vegetasiyanın müxtəlif mərhələlərində müxtəlif surətdə 
fəaliyyətdədirlər (şəkil
2). Vegetasiyanın birinci 20-30 günü, nə vaxt ki, yarpaq səthi orta hesabla 3-
7 min m
2
/ha təşkil edir, FFR – in böyük hissəsi yarpaqlar tərəfindən tutulmur, və ona görə də FFR – 
nın istifadə əmsalı yüksək ola bilməz. Daha sonra yarpaq səthi tez çoxalaraq maksimuma çatır. Bir 
qayda olaraq, bu dənli taxıl bitkilərində dənin süd yetişkənlik fazasında, dənli-paxlalılarda orta 
yarusda toxumun tam dolması dövründə, çoxillik otlarda isə çiçəkləmə fazasında baş verir. Sonra 
yarpaq səthi sürətlə aşağı enməyə başlayır. Bu vaxt maddələrin vegetativ orqanlardan generativ 
orqanlara yenidən paylanması və axması üstünlük təşkil edir. 
Шякил 2. Веэетасийа дюврцнцн узунлуьу 100 вя 120 
эцн олан бириллик биткилярин якинляриндя 
оптимал йарпаг сятщи. 
Yarpa

sət
hi,
min m
2
/ha
Cücərtilərin əmələ gəlmə vaxtı, gün 
FP=2.2 mln m
2
*gün/ha 
FP=3.0 mln m
2
*gün/ha 


35 
Bu dövrlərin uzunluğuna və onların nisbətinə müxtəlif amillər, o cümlədən aqrotexniki, təsir 
edir. Onların köməyi ilə yarpaq səthinin artması və dövrün uzanmasını tənzimləmək olar. Quraqlıq 
şəraitdə bitki sıxlığını, və nəticə etibarilə yarpaq səthini bilərəkdən aşağı salırlar, belə ki, yarpaq 
səthi böyük olduqda tiranspirasiya güclənir, nəmlik çatışmazlığından bitki son dərəcə əziyyət çəkir, 
məhsuldarlıq azalır. 
Kifayət qədər su ilə təmin edilmə zamanı yarpaq səthinin həddindən artıq çoxalması həmçinin 
arzu olunmayan nəticələrə gətirib çıxarır. Bu halda biokütlə vegetativ orqanların hesabına kifayət 
qədər yüksək sürətlə artır, lakin meyvələrin və toxumun formalaşması pisləşir. Bu cür nəticələr 
bitkinin hədsiz qəlizləşməsinə gətirib çıxara bilər. Yem bitkiləri üçün, yarpaqlar təsərrüfat 
əhəmiyyətli məhsulun dəyərli hissəsini təmsil edir, hansı ki, yarpaq səthi 60-80 min m
2
/ha çata 
bilər.
Beləliklə, yüksək məhsulun əldə edilməsi yarpaq səthinin artmasının optimal gedişindən 
asılıdır. Belə qrafiklər hər bir bitki və sort üçün onların konkret becərilmə şəraitində müəyyən edilə 
bilər.
Məhsulun formalaşması yalnız yarpaq səthinin böyüklüyündən deyil, lakin onun fəaliyyət 
müddətindən asılıdır. Bu göstəriciləri fotosintetik potensialı (FP) birləşdirir. Fotosintetik potensial 
dövrün hər hansı müddətində, məsələn ongünlük ərzində, fazalararası dövrlərdə yaxud bütövlüklə 
vegetasiya müddəti ərzində müəyyən edilə bilər. FP hər hansı bir dövrün hər günündə yarpaq 
səthinin böyüklüyünün yekununu təmsil edir. Əgər yarpaq səthi dövrün başlanğıcında 20 min 
m
2
/ha, lakin 10 gündən sonra 28 min m
2
/ha təşkil edirsə, onda FP bu 10 günlük dövrdə (20 + 28) : 2 
· 10 = 240 min m
2
· gün/ha-dan ibarət olacaqdır. FP vegetasiya dövrü 110-120 gün təşkil edən yaxşı 
inkişaf etmiş dənli bitkilər əkinlərində vegetasiya müddətində 2,0-2,5 milyon m
2
· gün/ha təşkil edir. 
Su ilə yaxşı təmin olunmuş və vegetasiya dövrü uzun olan bitkilər üçün FP 4 milyon m
2
· gün/ha 
təşkil edə bilər.
Bir sutkada 1 m
2
yarpaq səthinin sintez etdiyi bitkinin quru kütləsinin qramlarla miqdarı 
əkinlərin fotosintez intensivliyini xarakterizə edən və özündə əks etdirdiyi fotosintezin xalis 
məhsuldarlığıdır (FXM). Buğda və arpa kimi bitkilərdə vegetasiya müddətində orta hesabla 
fotosintezin xalis məhsuldarlığı, 5-7 q/(m
2
· gün) təşkil edir. Adətən FXM qarğıdalıda yüksəkdir. 
Fotosintezin xalis məhsuldarlığı və eləcədə fotosintetik potensial kimi hər hansı bir dövrdə yaxud 
orta hesabla vegetasiya müddətində müəyyən edilir: 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin