Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə332/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   328   329   330   331   332   333   334   335   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri.
Qurdotu 
Lotus
- paxlalılar fəsiləsindən bitki cinsidir. Bu cins özündə 
çoxillik və birillik otvari və yarımkolşəkilli 100-ə qədər bitki növlərini birləşdirir. Mədəni halda iki 
çoxillik (
L. corniculatus L.
– buynuzşəkilli və 
L. uliginosus L. - bataqlıq
) ot növü becərilir. 
Buynuzşəkilli qurdotu güclü inkişaf etmiş yan kökləri ilə birlikdə mil kökə malikdir. Kök sistemi 
torpağın 1,5 m dərinliyinə işləyir. Kök boğazcığı adətən 1,5-2 sm dərinlikdə yerləşir. Gövdəsi 
yüksələndir, bəzən uzanıqlıdır. Hündürlüyü 30-40 sm, yaxşı aqrotexniki fonda 60-80 sm-ə çatır. 
Onlar sıx kol əmələ gətirirlər. Həyatının 3-4-cü ilində bir kolda 180-240 budaq əmələ gəlir. Üçlü 
yarpaqları yarpaqyanlığı ilə yaxşı ifadə olunmuşdur. Çiçəkləri açıq-sarı rəngli 5-6 ədəd çətir formalı 
başlıqda toplanmışdır. Meyvəsi çoxtoxumlu paxladır, yetişən zaman çatlayır. Toxümü dəyirmi, 
tünd-darçını rənglidir. 1000 ədədinin miqdarı 1,1-1,2 qramdır. 
Bioloji xüsusiyyətləri.
Buynuzşəkilli qurdotunun 
toxumları 6-8 
0
C temperaturda cücərir. Yaxşı kök salmış 
bitkilər qar örtüyü altında çox yaxşı qışlayır. Yayda gündüzlər 
yüksək temperaturda qurdotu həddindən artıq qızmağa yaxşı 
dözür. Çox vaxt 28-30
0
C temperaturda səhər saat 11-ə 
üçyarpaq turqor halını itirir, o zaman qurdotunun yarpaqları 
bütün gün ərzində yaxşı vəziyyətdə olur.
Qurdotu quraqlığa davamlığına görə çəmən üçyarpağını 
ötüb keçir, hərçənd kifayət qədər nəmlik olduqda ən yaxşı 
inkişafına çatır. O xarakterik xüsusiyyətləri ilə fərqlənərək 
kifayət qədər kölgəliyə dözür.
Bu bitki torpağa az tələbkardır. Qurdotu qumsal və 
gillicəli torpaqlarda yaxşı inkişaf edir, şoranlığa dözür, turş 
torpaqlara səpilmək üçün yararlıdır. Yoxsul torpaqlarda yaxşı 
quru ot məhsulu verir. Qurdotu nəmliyi artıq olan torpaqlarda 
dözə bilmir, hərçənd 50 günə qədər su basmaya dözür. Paxlalı 
otların digər növləri kimi qurdotu torpaqdan çoxlu miqdarda 
kalium, fosfor, kalsium və maqnezium tələb edir. 
Səpindən sonra 1,5-2 ay müddətində tədricən inkişaf 
edir. Cücərtilər səpindən 15-25 gün sonra əmələ gəlir. Cənub 
ərazilərdə səpilən ili qurdotu toxum əmələ gətirə bilər. İkinci 
ili və növbəti illər çox erkən yazda zoğlar əmələ gətirir və payızın sonuna qədər inkişaf edir. 
Şəkil 44. Buynuzşəkilli qurdotu 


288 
Çiçəkləmiş vəziyyətdə çiçəklərin tərkibində mövcud olan acı rəngləyici maddəyə görə qurdotunu 
mal-qara yemir. Bu vaxt çiçək daşıyan budaqlarda sinil turşusunu qovub çıxardan sianogen 
qlükozidinin izləri tapılır. Çiçəkləməyən vəziyyətdə bütün növ kənd təsərrüfatı bitkiləri tərəfindən 
yaxşı yeyilir. Həyatının 2-3-cü ili daha çox inkişaf edir. Yüksək xora verəndir. Yarpaqların kütləsi 
yerüstü hissənin 50%-nə çatır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin