22.2. ÇOXİLLİK TAXIL OTLARI Tarla yem istehsalına daxil olan bütün taxıl otları uzun gün bitkilərinə aiddir. Onlar nəmlik
sevən, soyuğadavamlıdırlar, lakin bu xüsusiyyət ayrı-ayrı növlərdə müxtəlif dərəcədə özünü büruzə
verir. Paxlalı bitkilərdən fərqli olaraq taxıl otları
rhizobiumla (fır bakteriyaları) müştərək həyat tərzi
keçirmirlər və havanın molekulyar azotunu təsbit etmək qabiliyyətləri yoxdur. Buna görə də
əkinlərin məhsuldarlığı torpağın azot gübrəsinin norması ilə təmin olunmasından asılıdır. Beləliklə
əlverişli şəraitdə çoxillik taxıl otları 5-7 və 10 il müddətinə yüksək vegetativ kütlə məhsulu verə
bilər.
Seyrəkkollu taxıl otları fasiləsiz olaraq kollanmaq qabiliyyətinə malikdirlər. Daha intensiv
kollanma erkən yazda və payızda baş verir. Torpaqda formalaşan vegetativ yeniləşmiş cavan zoğlar
su və qida elementlərini ana gövdənin (budaq) kök sistemindən alırlar. Ehtiyat gözcüklərdən
(tumurcuq) əmələ gəlmiş zoğlar təxminən 2 həftə ana bitkinin hesabına qidalanırlar. Hər bir inkişaf
etmiş cavan budağın ömrü bir ildir. Taxıl otları quru ot məqsədi ilə biçildikdə ikinci biçin təzə
vegetativ zoğların hesabına formalaşır. Bütün seyrəkkollu taxıl otlarının biçin həddi (torpaq
səthindən hündürlüyü) var. Əgər ot həmin həddin aşağı hissəsindən biçilərsə vegetativ zoğlar məhv
olar. Bu hündürlük vegetativ budaqlarda boy nöqtəsinin yerləşmə səviyyəsi ilə müəyyən olunur.
Cədvəl 50
Çoxillik taxıl otlarının yaşıl kütləsində xam və təmiz zülalın həzm olunması və orta miqdarı Bitkilər
Quru maddəyə görə zülalın miqdarı, %-lə
Zülalın həzm olunma qabiliyyəti,
%-lə
xam
təmiz
xam
təmiz
Qılçıqsız
tonqalotu
14
10
61
56
Pişikquyruğu
14
10
52
49
Yulafca
13
9
64
61
Sudan otu
13
11
66
67
Daraqotu
11
8
54
59
Ayrıqotu
9
7
58
58
Çoxillik taxıl otlarının əksəriyyəti torpaq səthindən 5-6 sm hündürlükdən biçilir.
Taxıl otlarının kök sistemi saçaqlıdır. Hər bir yeni zoğdan özünəməxsus kök sistemi
formalaşır. Sünbülləmə yaxud süpürgələmə fazasına yaxın kökün quru kütləsi 80-90% təşkil edir.
Bütün taxıl otlarının vegetativ kütlələrinin daha intensiv boy artımı borulaşma fazasının
başlanğıcından, sünbülləmə yaxud süpürgələmə fazasına qədər baş verir. Quru ot məqsədilə yığım
bu fazada aparılır. Məhsulun nisbətən tez yığılması məhsuldarlığın azalmasına, nisbətən gec
yığılması isə onun keyfiyyətinin kəskin aşağı düşməsinə gətirib çıxarır.
50 saylı
cədvəldə çiçəkləmə fazasının başlanğıcında çoxillik taxıl otlarının yaşıl kütləsində
xam və təmiz zülalın miqdarı haqda məlumat verilmişdir. Daha çox xam zülal qılçıqsız tonqalotu və
pişikquyruğunda, lakin həzm olunma qabiliyyəti isə Sudan otu və yulafcada yüksəkdir.