Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


  22.2.1. Çəmən Pişikquyruğu



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə339/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   335   336   337   338   339   340   341   342   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 


293 
22.2.1. Çəmən Pişikquyruğu 
 
Əhəmiyyəti.
Çəmən pişikquyruğu ən çox yayılmış taxıl otu növüdür. Təmiz və sıxlaşdırılmış 
əkinlərdə becərilir. Çəmən pişikquyruğunun hər 100 kiloqramında 3,1 kq həzmə gedən zülal, 7,2% 
protein vardır. Zülalın mənimsənilməsi digər taxıl otları ilə müqayisədə az, 52%-dir. 
Pişikquyruğunun çəmən üçyarpağı yaxud digər paxlalı otlarla qarışıq becərilməsi yemin 
keyfiyyətini yaxşılaşdırır. Çəmən pişikquyruğunun əsas yaxşı cəhəti yüksək turşuluğa dözməsi və 
mineral qida elementləri ilə kasıb torpaqlarda boy atmaq qabiliyyətidir. Hansı yerdə ki, digər ot 
növləri pis bitir, orada pişikquyruğu qənaətbəxş məhsul verir. Meşə, meşə-çöl və dağlıq sahələrdə ot 
çalımı və otlaq üçün əkilir. 100 kq quru otunda 50 yem vahidi və 5 kq zülal var. 
Pişikquyruğunun yemlik keyfiyyəti yüksəkdir. Yemin tərkibində 10-12%-ə qədər zülal olur. 
Bütün heyvanlar onu iştahla yeyirlər. Azərbaycanın dağlıq və dağətəyi bölgələrində çəmənçiliyi 
inkişaf etdirmək və dəmyə şəraitdə biçənək yaradıb yem istehsalını artırmaq üçün böyük əhəmiyyəti 
vardır. 
Çəmən pişikquyruğunun hər hektarından orta hesabla 15-50 sentner quru ot tədarük olunur. 
Botaniki təsviri - 
Çəmən pişikquyruğu 
(Phleum pratense L.)
çoxillik seyrəkkollu ot 
bitkisidir. Kök sistemi (koma halda) saçaqlıdır, torpağın əsasən əkin qatında yerləşir. Çoxlu 
miqdarda incə kökcükləri olur. Kökü torpağın 80-100 sm dərinliyinə qədər uzanır. Gövdəsi içərisi 
boş, silindr şəkillidir, aşağı hissəsi əyiləndir. Gövdənin hündürlüyü 1 metrə çatır. Çiçək qrupu sıx
sünbülə bənzər süpürgədir (soltandır). Sünbülcüyü xırda, birçiçəklidir. Meyvəsi uzunsov-oval 
dəndir. Toxumları xırda boz-sarı rənglidir. Mütləq kütləsi 0,4-0,5 qr-dır. 
Avropa, Asiya və Afrikada 15 növü, Azərbaycanda isə 3 növü məlumdur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin