22.2.2. Çəmən yulafı Əhəmiyyəti. Çəmən yulafı yaxşı keyfiyyətli yem verir. Çəmən yulafı Çəmən
pişikquyruğundan sonra daha çox yayılmış taxıl otudur. Yerüstü hissəsi seyrəkləşmiş kolu
xatırladır. Səpilən ili güclü budaqlanır. Quru otun tərkibində 12%-ə qədər zülal olur. Hər hektardan
30-40 sentner quru ot məhsulu götürülür.
Azərbaycanın dağlıq və dağətəyi bölgələrində, xüsusən dəmyə torpaqlarda yaxşı inkişaf edib
güclü yaşıl kütlə əmələ gətirir.
Respublikamızın suvarılan bölgələrində çoxillik paxlalı yem bitkiləri ilə qarışıq əkdikdə
yüksək məhsuldar əkmə otların yaradılması üçün əvəzsiz yem bitkisidir.
Botaniki quruluşu və bioloji xüsusiyyətləri. Çəmən yulafı
(Festuca pratensis Hids.) güclü
inkişaf etmiş saçaqlı kök sistemi olan çoxillik ot bitkisidir. Süpürgələmə dövründə kökü torpağın 80
sm, həyatının ikinci ilinin sonunda isə 160 sm-ə çatır. Gövdəsi dikduran və yaxşı yarpaqlanandır.
Yarpağın alt tərəfi parlayır və bitkinin hündürlüyü 140 sm–ə çatır. Çiçək qrupu süpürgədir. Meyvəsi
açıq-boz rəngli və pərdəlidir. Toxumun mütləq kütləsi 2 qrama yaxındır.
Həyatının birinci ili yalnız vegetativ gövdələr əmələ gətirir. Örtüksüz səpinlərdə həyatının
tam inkişafına ikinci ili, lakin örtük bitkisi kimi digər ot növləri qarışığı ilə həyatının üçüncü ili
çatır. Çiçəkləmə iyunun əvvəlində qeydə alınır, toxumların yetişməsi isə iyulun birinci yarısında
başa çatır.
Çəmən yulafı daha yüksək qışadavamlılığa malikdir. Quraqlığa davamlılığı da çəmən
pişikquyruğuna nisbətən yüksəkdir. Küləşi keyfiyyətlidir. Çəmən yulafcası 1 sentner məhsulla
torpaqdan 1,4-1,5 kq azot, 0,8-1,0 kq fosfor, 2,4-2,7 kq kalium elementi aparır. Çürüntü qatı zəngin
olan gilli və gillicəli torpaqlarda yaxşı bitir və azotla zəif təmin olunmuş qumsal torpaqlar isə bu
bitki üçün əlverişlidir.
Becərilmə xüsusiyyətləri. Çəmən yulafını səpin yoncası, çəmən üçyarpağı və xaşa ilə qarışıq
səpirlər. Paxlalılarla qarışıq səpdikdə hektara 10-12 kq toxum götürülür. Dən məqsədi ilə təmiz
səpinlərdə çəmən yulafcası gencərgəli yaxud adi cərgəli üsulla səpilir. Gencərgəli əkinlərdə səpin
Şəkil 46 – nın davamı
: a – otlaq qaramuğu, b –
çox çalımlı qaramuq