39
Bu məsələlər müxtəlif texnoloji üsulların köməyi ilə həllini tapa bilər. Məsələn, əkinlərin
zibillənməsinin azaldılması üçün aqrotexniki üsullar tətbiq edilir – kövşənliyin üzlənməsi, payız
şumu, erkən yazda malalama, səpinə qədər kultivasiya, çıxışlara qədər və çıxışlardan sonra
malalama, gencərgəli əkinlərin cərgə aralarının becərilməsi, eləcə də alaqlarla mübarizədə kimyəvi
vasitələr – herbisidlər. Sadalanan bəzi aqrotexniki üsullardan digər funksiyaları da yerinə yetirmək
üçün istifadə etmək olar (alaqlarla mübarizədən başqa); herbisidlərin tətbiq edilməsi ilə onları əvəz
etmək olmaz. Konkret şəraitdə bitkilərin becərilməsi üçün ayrı-ayrı texnoloji üsulların vəzifəsini
nəzərə almaq texnoloji sxemin tərtib edilməsində zəruridir.
Müəyyən məsələni həll etmək üçün, əgər ona vaxtında əməl olunarsa və tələb olunan
keyfiyyətə cavab verilərsə hər bir texnoloji üsul lazımlıdır.
Dostları ilə paylaş: