Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə352/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   348   349   350   351   352   353   354   355   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması.
Quru ot məqsədilə yığım apararkən bitkinin morfoloji quruluşuna fikir 
vermək lazımdır. Əgər qarışıq əkinlərdə gülül üstünlük (çoxluq) təşkil edirsə, yığım paxlaların 
əmələ gəlməsi dövründə, vələmirin süpürgələdiyi dövrdə biçmək lazımdır. Biçinin gecikdirilməsi 
yemin keyfiyyətini aşağı salır.
Gülül toxum almaq üçün becərildikdə əkin yerinə xüsusi fikir vermək lazımdır. Sahə düz və 
hamar olmalı, səpin üçün toxum materialı yüksək keyfiyyətli olmalıdır. Toxumluq sahə payızda 
səpilməlidir. 
Gülülün yığımı gecikdirildikdə aşağı yaruslardakı toxumlar tökülə bilər. Qınların (paxlaların) 
2/3 hissəsi yetişən kimi yığıma başlanılmalıdır. Bu dövrdə aşağı yaruslardakı dənlər mum fazasında 
olur. Otbiçən maşınla gülül biçilməli 3-4 gündən sonra biçilmiş gülül səhər-səhər CK-3 markalı 


303 
kombaynla döyülməli və OC-1 markalı toxumtəmizləyəndə təmizlənməlidir.
Döyüldükdən sonra toxumun nəmliyi 14-15%-ə çatdırılmalı, dezinfeksiya olunmalı və yaxşı 
havalandırılanı anbarlarda saxlanılmalıdır. 
22.3.2. Payızlıq gülül. 
 
Əhəmiyyəti. 
Payızlıq gülül (pırpızlı gülül) yüksək dəyərli yemlik xüsusiyyəti ilə xarakterizə 
olunur. Yemlilik keyfiyyətinə görə digər paxlalı bitkilərdən üstündür. Qara yonca 14%, yazlıq 
gülüldə 15% protein olduğu halda payızlıq gülülün quru otunda 23% protein vardır. Proteindən 
əlavə 1,4-2,4% yağ, 17-29% azotsuz ekstraktiv maddələr vardır.
Azərbaycan ərazisində payızlıq gülülün yabanı formalarına dəniz səviyyəsindən 2500-2800 m 
yüksəklikdə təsadüf edilir. Bu bitki taxıl əkinlərinin arasında daha çox olur. Payızlıq gülül yaşıl ot, 
silos, quru ot və heyvanları otarmaq üçün istifadə edilə bilər.
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Payızlıq gülülün 
(Vicia villosa
Roth
) yaxşı inkişaf 
etmiş mil kökü və çoxsaylı yan kökləri var. 
Gövdəsi nazik, üzəri tükcüklərlə örtülü əyiləndir, hündürlüyü 100-120 sm, tez yatandır. 
Yarpaqları cütlələkşəkillidir. Nəhayəti bığcıqla qurtarır. Yarpaqcıqların miqdarı 6-8-10 cüt olur. 
Forması lansetvaridir. Hamaşçiçəyi salxımdır. Çiçəkləri açıq-bənövşəyi rənglidir. Çiçəkləmə aşağı 
yarusdakı çiçəklərdən başlayır. Çarpaz tozlanandır. Çiçəkləmə müddəti 15-20 gün davam edir. 
Paxlası tünd-darçını rəngli, yastılaşmış, uzunsov-romba oxşar formalıdır. Paxlada dənlərin miqdarı
2 ədəddən 6 ədədə qədərdir. Toxumlar şarşəkilli tünd-qəhvəyi və qara rənglidir. Mütləq kütləsi 25-
30 qramdır. 
Pırpızlı gülülün toxumları 2-3 
0
C temperaturda cücərməyə başlayır. Cücərtilər –5-6 
0
C
şaxtaya 
dözürlər. Şaxtaya və qışadavamlılığı o qədər də yüksək deyil. Normal qışlayır və 16 
0
C şaxtaya 
dözür. Onu həm payızda, həm də yazda becərirlər. Vegetasiya müddəti sortdan və becərmə 
texnologiyasından asılı olaraq dəyişir.
Bu nəmlik sevən bitkidir, kölgəliyə yaxşı dözür, torpağa tələbkar deyil. Qumluca və qumsal 
torpaqlarda (bəzən onu qumsallıq gülülü adlandırırlar), eləcə də tərkibində əhəngin miqdarı çox 
olan torpaqlarda yaxşı məhsul verir. 
Gülül ləpə yarpaqlarını torpaq səthinə çıxartmır. Optimal səpin müddətində 2-3 
0
C istilikdə 7-8 
günə cərgələrdə tam və bərabər miqdarda cücərtilər verir. İnkişafının ilk dövrlərində istilik və 
nəmliyə tələbkardır. Cücərtilər əmələ gəldikdən 7-9 gün sonra budaqlanma başlayır. Əsas gövdə 
inkişafını dayandırır və məhv olur. Yan budaqlar adətən torpaq səthinə yaxın olan buğumlardan 
əmələ gəlir. Pırpızlı gülüldə çox vaxt yeraltı kollanma buğumu olur ki, bunlardan yeni budaqlar 
əmələ gəlir. Yaz səpinlərində cücərtinin başlanğıcından 60-65 gün keçdikdən sonra çiçəkləyir. 
Budaqları kifayət qədər intensiv inkişaf edir. Ən çox boy artımı qönçələmə dövründən çiçəkləmənin 
sonuna qədər qeydə alınmışdır. Quru maddənin orta gündəlik toplanması çiçəkləmə fazasında 
maksimuma çatır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin