Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Növbəli əkində yeri və becərilməsi



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə353/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   349   350   351   352   353   354   355   356   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Növbəli əkində yeri və becərilməsi.
Payızlıq gülül tərəvəz növbəli əkinlərində, yem növbəli 
əkinlərində və fermayanı növbəli əkinlərində becərilir. Cərgəarası becərilən bitkilər də, yaxşı sələf 
hesab olunurlar. Gülülü payızlıq buğda, arpa, qarğıdalı və pambıq yerinə əkmək olar. 
Payızlıq gülülün səpini üçün torpağın becərilməsi, sələf bitkilərindən asılı olaraq aparılır. Alaq 
otlarını məhv etmək üçün torpaq suvarılır və yumşaldılır. Alaqlar cücərdikdən sonra sahə şumlanır. 
Şum altına peyin və fosfor gübrələri verilir. Hektara 10 ton peyin və 60 kq superfosfat verilməsi 
kifayətdir. Səpinqabağı malalama aparılır. Əgər səpin erkən yazda aparılmalıdırsa torpaq payızda 
dondurma şumu edilməlidir. Şumun dərinliyi 25-28 sm olmalıdır. Erkən yazda səpinqabağı 
malalama aparılır. 
Səpindən qabaq toxumların cücərmə qabiliyyəti yoxlanılıb dərmanlanmalıdır.
Səpin SU-24 və ya SUB-48M markalı toxumsəpənlə cərgə araları 7,5-15-30 sm olmaqla 
aparılır. Səpin norması sortdan, toxumların mütləq kütləsindən, səpin üsulu və səpin müddətindən, 


304 
habelə becərilən bölgədən asılı olaraq dəyişir. Səpin norması suvarılan zonalarda az, dəmyə 
yerlərdə nisbətən çox götürülür. Hektara 70-100 kq toxum səpilir. Toxum 3-4 sm dərinliyə 
basdırılır. Vegetasiya müddətində 2-3 dəfə suvarılır. Fosfor gübrəsinə tələbatı daha çoxdur. Bitkini 
qönçələmə fazasında iki dəfə gübrələmək məsləhət görülür. 
Yaşıl ot üçün qönçələmə və çiçəkləmə fazasının başlanğıcında biçilir. Payızlıq gülül nisbətən 
quraqlığa davamlıdır. Quraqlıq bölgələrdə qışqabağı səpinlərdə yaxşı bitir.
Payızlıq gülülü arpa, vələmir və çovdarla qarışıq əkdikdə məhsuldarlıq artır və yemin 
keyfiyyəti yüksəlir. Səpin norması hektara 100 kq gülül və 60 kq payızlıq çovdar toxumu götürülür.
Yazda gülülün vələmirlə qarışıq əkinlərində səpin norması hektara 120 kq gülül və 80 kq 
vələmir toxumu götürülür. 
Gülül yaşıl yem üçün çovdarla qarışıq, yaxud payızlıqların yığımından sonra kövşənliyə 
səpilir. Payız isti və uzun müddət davam etdikdə, habelə kifayət qədər nəmlik düşdükdə kövşənlik 
əkinləri qənaətbəxş nəticələr verir.
Bu bitkini 
toxum məqsədi
ilə becərdikdə yaxşı olar ki, yemçilik, tərəvəzçilik və fermayanı
növbəli əkinlərdə yerləşdirilsin. Məqsəd dənli taxıl bitkiləri cücərtilərinin əkinləri zibilləməsindən 
qaçmaqdır.
Pırpızlı gülül toxum üçün payızlıq buğda biçilən zaman yığılır. Adətən bu müddətdə gülülün 
yetişmiş paxlalarının miqdarı 75-80%-ə çatır. Yığım kombaynla birbaşa yaxud hissə-hissə üsulla 
aparılır. Yığımdan sonra gülülün toxumu buğda toxumlarından kifayət qədər asan ayrılır. Zəruri 
hallarda toxum qurudulur və uzun müddətli saxlanılan yerə daşınır (yığılır). 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin