22.3.3. Lərgə Heyvanlar üçün möhkəm yem bazasının təşkilində lərgənin əhəmiyyəti böyükdür. Lərgədən
yüksək keyfiyyətli dən, ot, yaşıl yem və silos məhsulu istehsal edilir.
Lərgənin dənində 23% protein, hər sentnerində 20,3% həzm olunan zülal vardır ki, bu da 102,5
yem vahidinə bərabərdir. Zülalı digər dənli-paxlalıların zülalına nisbətən yaxşı həzm olunur.
Lərgənin toxumları 2-3
0
C temperaturda cücərir. Kütləvi surətdə cücərməsi üçün 16-20
0
C
istilik tələb olunur. Səpindən 6-7 gün sonra çıxışlar alınır, 18-22 gündən sonra isə bitki çiçəkləyir.
Vegetasiya müddəti 60-120 günə çatır.
Lərgənin əsas gövdəsindən 4-10 budaqcıq ayrılır. Yan budaqlar intensiv inkişaf edərək əsas
budağı ötüb keçir. Bitkinin hündürlüyü 25-200 sm-ə çatır. Kök sistemi torpağın 1,7 m dərinliyinə
işləyir. Gövdəsi tüksüz, dördkünc və yerəyatandır. Yarpağın uzunluğu 60-80 mm, eni isə 6-8 mm-
dir. Çiçək qrupu 2 çiçəkcikdən ibarətdir. Çiçəklərin rəngi ağ, qırmızı, göy, bənövşəyi və qəhvəyi
olur. Həm öz-özünə həm də çarpaz tozlayandır. Qınlarında 2-5 toxumu olur. Toxumun səthi
girintili-çıxıntılıdır. Mütləq kütləsi 150-200 q-dır.
Cücərtiləri 6-8
0
C
şaxtaya davamlıdır. Lərgəni həm payız, həm də yazda səpmək mümkündür.
Məhsuldar və quraqlığa davamlıdır. Payızda əkdikdə daha yüksək məhsul verir. Eyni zamanda
kövşənlik əkinlərdə də tez yetişir və məhsuldarlığı yüksək olur. Yazlıq bitkilər üçün yaxşı sələfdir.
Səpin üçün torpağın hazırlanması digər paxlalılarda olduğu kimidir.
Səpin cərgəvi, enli cərgəli və lent üsulu ilə aparılır. Yaşıl kütlə üçün adi, toxum üçün
gencərgəli əkinlərdən istifadə olunur.
Səpin norması 150-170 kq-a qədərdir. Toxum ağır torpaqlarda 4-5 sm, yüngül torpaqlarda isə
8-10 sm dərinliyə basdırılır.
Lərgənin yatmaması üçün onu vələmir, Sudan otu və qarğıdalı ilə qarışıq əkmək olar. Arpa və
vələmirlə qarışıq səpdikdə toxum nisbəti 3:1 və 2:1 götürülməlidir.
Qınlar yetişdikdən sonra yığım başlanır. Noxud və gülülün aşağı yaruslarındakı toxumlar
töküldüyü halda lərgədə buna təsadüf olunmur.
Toxumluq sahələr kombayn və otbiçən maşınlarla yığıla bilər. Toxumu (molotilkada)
döymək, sonra OC-1, OC-3 markalı toxum təmizləyicilərdə, taxıldöyəndə təmizləmək olar. Göbələk
305
xəstəliklərinə tutulmamaq üçün toxumun nəmliyi 15-16%-ə çatdırılmalıdır.