Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə361/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   357   358   359   360   361   362   363   364   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 Azərbaycanda rayonlaşdırılmış sortları:
Şirokolistnaya – 2. 
Növbəli əkində yeri. 
Sudan otu dənli-paxlalı bitkilər, payızlıq taxıllar, qarğıdalı, çoxillik 
otlar və s. tarla bitkilərindən sonra növbələnir. Sudan otu torpağın dərinliyindəki nəmlikdən və 
məhsul əmələ gətirmək üçün çoxlu asan mənimsənilən azotdan istifadə etdiyinə görə ondan sonra 
kök sistemi torpağın dərin qatlarına gedən bitkiləri növbələndirmək olmaz (şəkər çuğunduru, 
günəbaxan).
Gübrələmə.
Hektara 15-20 ton peyin verdikdə Sudan otunun quru ot məhsuldarlığı 20-25% 
artır. Sudan otu sələf bitkisi altına peyin verilməsinə yaxşı reaksiya göstərir. Əkinlərə təsir edici 
maddə hesabı ilə hektara 45 kq azot verdikdə quru ot məhsuldarlığı 12-15 sentner artır. Kalium 
gübrəsi qumluca torpaqlarda müsbət təsir göstərir. Məsləhət görülür ki, əkinlərin hər hektarına orta 
hesabla kimyəvi çəkidə 45-50 kq azot, 30-45 kq fosfor və 30-45 kq kalium gübrəsi verilsin. 
Torpağın becərilməsi və səpin.
Torpağın Sudan otu üçün becərilməsi darı bitkisində olduğu 
kimidir. Üzləmə və erkən şumlama bitkinin aqrotexnikasında böyük əhəmiyyət kəsb edir. Səpin 
qabağı erkən yazda sahə iki iz malalanır və iki dəfə kultivasiya çəkilir. Birinci kultivasiya 8-10 sm 
dərinliyində, ikinci isə səpin qabağı 4-5 sm dərinliyində aparılır, eyni dərinlikdə xırda toxumları 
basdırmaq və effektli çıxışlar almaq üçün torpaq səpinqabağı sıxlaşdırılır. Yaz quraq keçdikdə 
birinci kultivasiyadan sonra torpağın sıxlaşdırılması faydalıdır. Bu halda torpaqda nəmlik yaxşı 
saxlanılır və cücərmiş alaqlar ikinci kultivasiyada məhv edilir. 
Sudan otunun səpininə torpağın 10 sm-lik qatında temperatur 10-12 
0
C olduqda başlanılır. Ot 
məqsədi üçün səpin başdan-başa, toxum məqsədilə gencərgəli üsulla aparılır. Toxum ağır 
torpaqlarda 3-4 sm, yüngül torpaqlarda isə 6-8 sm-ə qədər dərinliyə basdırılır. Səpindən sonra 
tarlada tapanlama (kipləşmə) aparılır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   357   358   359   360   361   362   363   364   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin