Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Aqrotexniki xüsusiyyətləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə364/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   360   361   362   363   364   365   366   367   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Aqrotexniki xüsusiyyətləri.
Moqar birillik bitkilər üçün ayrılmış tarlalarda yerləşdirilir. 
Yüksək aqrotexniki fonda və gübrə tətbiq etməklə Moqarı müxtəlif növbəli əkinlərdə becərmək 
mümkündür. Münbitliyi pis olan və gübrə çatışmayan sahələrdə Moqar adətən növbəli əkinin 
axırıncı tarlasında yerləşdirilir. Azot gübrəsi ot məhsuldarlığını hektardan 5 sentnerə qədər artırır. 
Torpağın becərilməsi Sudan otunda olduğu kimidir. 
Səpin quru ot üçün başdan-başa, toxum üçün isə gencərgəli üsulla aparılır. Səpin norması 


311 
nəmlik az olan rayonlarda hektara 8-12-15 kq, nəmliklə təmin olunmuş yerlərdə isə 20 kq-a 
qədərdir. Toxumun basdırılma dərinliyi 2-4 sm-dir. Moqar qarğıdalı, darı və Sudan otu ilə eyni 
müddətdə səpilir. 
Cücərtilər alındıqdan sonra gencərgəli əkinlərdə cərgə araları torpaq yumşaldıcı alətlərlə 
becərilir. Axırıncı cərgəarası becərmə cərgələr qovuşmamışdan əvvəl aparılır. 
Məhsulun yığılması.
Quru ot üçün Moqar süpürgələmə və çiçəkləmə fazasının başlanğıcında 
biçilir. Biçin torpaq səthindən 7-8 sm yuxarıdan aparılır. Bundan aşağı (4-5sm) aparılan biçinlərdən 
sonra bitki yenidən cücərti verərək gövdə əmələ gətirmir. Toxum üçün sünbüllər qonurlaşanda və 
toxumlar möhkəmlənəndə yığım aparılır. Moqar kombaynla yığılır. Toxum kənar qatışıqlardan 
təmizlənir və nəmliyi 12-14%-ə çatdırılır.
22.4.3. Birillik qaramuq
Əhəmiyyəti.
Birillik qaramuq qiymətli yem bitkisidir. Bütün növ heyvanlar onun quru otunu 
və yaşıl kütləsini yaxşı yeyirlər. Çiçəkləmənin başlanğıcında proteinin miqdarı 16,7% təşkil edir. 
Səpilən ili bol yem kütləsi formalaşır. Tarla yem istehsalında birillik qaramuğun böyük əhəmiyyəti 
vardır. 100 kq yaşıl kütləsində 20 yem vahidi, 2,1 kq həzmə gedən protein var. Qaramuğun quru otu 
qidalılığına görə Sudan otu, moqar və digər taxıl otlarından geri qalmır. Bir sentner quru otunda 46 
yem vahidi və 3,2 kq həzmə gedən protein var. Qaramuqun küləşi də heyvanlar tərəfindən yaxşı 
yeyilir. Birillik qaramuq otlaq (biçənək) salmaq üçün əla örtük bitkisidir. O, çoxillik otların qarışığı 
ilə parnik təsərrüfatlarında qısa müddətdə çimli torpaq almaq üçün tətbiq edilir.
Onun aqrotexniki əhəmiyyəti böyükdür. Torpaqda çoxlu miqdarda kök və kövşən qalıqları 
saxlamaqla gec quruduğuna (ölüşkənləmək) çox yavaş parçalandığına görə qaramuq çoxlu 
miqdarda çürüntü toplayır ki, bu da torpağın münbitliyini yüksəldir. Qaramuq dənli və texniki 
bitkilər üçün qiymətli sələfdir.
Birillik qaramuq üçyarpağın və payızlıqların seyrəlmiş ot durumlarını təmir etmək üçün 
perspektivli bitkidir.
Yüksək xora vermək qabiliyyətinə malikdir, vegetasiya müddətində 2-3 dəfə biçin verir. İkinci 
biçindən sonra uzanmış xoranı payızın sonuna qədər otlaq yemi kimi istifadə etmək mümkündür
belə ki, o payız şaxtalarını asanca keçirir.
Yüksək aqrotexniki fonda birillik qaramuq hektardan 300 sentnerə qədər yaşıl kütlə yaxud 80 
sentner quru ot məhsulu verir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   360   361   362   363   364   365   366   367   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin