Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları – 22



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə367/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   363   364   365   366   367   368   369   370   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Tapşırıq və yoxlama sualları – 22
1. Çoxillik paxlalı otların digər yem bitkilərindən üstün cəhətlərini göstərin. 
2. Yoncanın, sürünən üçyarpağın, çəpişotunun, qurdotunun və çəmən üçyarpağının yerüstü 
kütləsində zülalın miqdarı nə qədərdir? 
3. Yoncanın, çəmən üçyarpağı və sürünən üçyarpağın potensial məhsuldarlığı nə qədərdir? 
4. Dərman çəpişotunun dəyərini sadalayın. 
5. Çəmən üçyarpağının, yoncanın və çəpişotunun uzun müddətli məhsuldarlığı necədir? 
6. Çoxillik paxlalı otların aqrotexniki əhəmiyyətini göstərin. 
7. Çoxillik paxlalı otlardan yemlərin tədarük edilən üsullarını sadalayın. 


313 
8. Senaj, ot unu, yaşıl kütlənin gübrələnməsi zamanı və quru ot üçün becərən zaman çoxillik 
paxlalı otlar hansı fazada biçilir? 
9. Biçin prosesində ot gövdələrinin nazik olması nə üçün lazımdır?
10. Tayalarda otun süni olaraq tam qurudulması hansı hallarda həyata keçirilir?
11. Yemlərin müxtəlif üsullarla tədarükü zamanı qida maddələri necə itirilir? 
12. Senajın tədarükündə texnoloji tələbatları sadalayın. 
13. Nə üçün yalnız paxlalı bitkilərdən silos hazırlamaq olmaz? 
14. Paxlalı otların toxumlarının 1000 ədədinin minimum, orta və maksimum kütləsini 
göstərin. 
15. Yonca və çəpişotunun, çəmən üçyarpağının, sürünən üçyarpağın yaxşı cücərən və 
cücərməyən toxumları nə ilə fərqlənir? 
16. Birçalımlı və ikiçalımlı çəmən üçyarpağının nə kimi morfoloji fərqləri vardır?
17. Çəmən üçyarpağının bioloji xüsusiyyətlərini göstərin. 
18. Əkilən ili çəpişotunun nə kimi becərilmə xüsusiyyətləri vardır? 
19. Hansı çoxçalımlı taxıl otları daha böyük potensial məhsuldarlığa malikdir? 
20. Daha çox nəmlik sevən və quraqlığa xüsusən davamlı çoxillik taxıl otlarını göstərin. 
21. Hansı çoxillik taxıl otları turş torpaqlarda inkişaf edir, lakin hansıları neytral torpaqları 
tələb edir? 
22. Çoban toxmağının çatışmayan və yaxşı cəhətlərini sadalayın. 
23. Birillik paxlalı otların üstünlükləri barədə danışın. 
24. Birillik paxlalı otların bioloji xüsusiyyətlərini göstərin. 
25. Birillik taxıl otlarının ayrı-ayrı növlərin bioloji xüsusiyyətləri və növ tərkibini göstərin. 
26. Birillik dəlicə buğdanın nə kimi bioloji xüsusiyyətləri və aqrotexnikası var? 
27. Əmənkömənci, xəndəkotu, yağlıq turp və s. yemlilik dəyəri barədə danışın. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin