Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə371/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   367   368   369   370   371   372   373   374   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki 
təsviri. 
Pambıq 
bitkisi 
əmənköməncilər 
(
Malvaceae

ailəsinin 
Gossypium 
cinsinə aiddir. Pambığın 35 növü 
vardır onlardan 5-i mədənidir. Bitkinin boyu 
90-130-180 sm-ə qədər olur. 
Mil kök sistemi torpağın 1,5-2,0 metrə 
qədər dərinliyinə işləyir. Sort və növdən asılı 
olaraq kökün diametri 1,5-2,0 sm, bəzən 3 
sm-ə də çatır. İlk birinci ayda kök sistemi çox 
tez inkişaf edir. Torpağın 4-6 sm dərinliyində 
mil kökün üzərində birinci dərəcəli yan 
köklər əmələ gəlir və bunlar torpağın aşağı 
qatına doğru işləyir. Birinci dərəcəli yan 
köklərdən tədricən ikinci-üçüncü dərəcəli 
köklər ayrılır. Qönçələmə fazasına qədər əsas 
kök intensiv inkişaf edir, sonra isə yan köklər 
inkişaf etməyə başlayır. Əsas kök birinci iki 
həftədə orta hesabla sutkada 2-3 sm-ə qədər 
artır. Kök kütləsinin əsas hissəsi torpağın 40-
50 sm dərinliyində yayılır. Kökün inkişafı 
vegetasiyanın sonuna kimi davam edir, lakin 
kütləvi çiçəkləmədən sonra böyüməsi və 
fəaliyyəti zəifləyir. 
Gövdə toxumun ləpələrinin arasında 
yerləşən tumurcuğun böyüməsindən əmələ 
gəlir. Kök sistemində olduğu kimi onun inkişafı pambığın növləri, sortları və becərilmə şəraiti ilə 
əlaqədardır. Gövdəsi dikduran, möhkəm, tükcüklərlə örtülü, rəngi yaşıl yaxud qırmızımtıl, aşağı 
hissəsi odunlaşmış olur. Vegetasiyanın sonunda gövdənin hündürlüyü orta müddətdə və tezyetişən 
sortlarda 75-150 sm, gecyetişənlərdə 200 sm-ə qədər, diametri isə 2,0-2,5 sm və daha artıq olur. Hər 
bir yarpaq qoltuğunda 2-3 tumurcuq olur. 
Budaqları boy (monopodial) və bar (simpodial) budaqlarına ayrılır. Monopodial budaqlar 
gövdənin aşağı hissəsindən iti bucaq altında ayrılaraq inkişaf edir. Düz xətt boyunca inkişaf edir və 
simpodial budaqlardan güclü olur. Bar budaqları boy budaqlarından hündürdə yerləşir. Simpodial 
budaqlar çiçək daşıyan, meyvə verən budaqlardır 
Byğumaralarının sayına görə bar budaqları hədsiz və hədli tipə ayrılır. Üzərində birdən çox 
dirsək və ya buğum əmələ gətirən budağa hədsiz tip, yalnız bircə buğum əmələ gətirən budağa isə 
hədli tip deyilir. 
Hədsiz simpodial budaqlar buğumaralarının uzunluğuna görə 4 qrupa bölünür. 
I – buğumarası qısa 3-5 sm, II – buğumarası orta 6-15 sm, III – buğumarası uzun 16-25 sm, 
IV – buğumarası daha uzun 25 sm və daha çox. 
Şəkil 49. Adi pambıq
: 1,2 – bitki cücərti 
və yetişmə fazasının sonunda; 3 – çiçək və 
yarpaq; 4 – yetişməmiş meyvə (qoza); 
5 – yetişmiş qoza; 6 – qərzək; 
7 – lifli toxum; 8 – tüklu və tüksüz toxum. 


316 
Hədli tip budaqlanmaya bəzən 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin