317
Çiyidin qalın
tərəfi
halaza,
incə tərəfi isə
mikropil
adlanır.
Toxumun uzunluğu 6-12 mm, eni 5-8 mm olur. Çiyidin kütləsi 50-200 mq, yabanı formalarda
isə 10 mq ola bilir. Mütləq kütləsi 80-160 q-dır. Çiyidin rüşeymi onun nüvəsi adlanmaqla 2 ləpə
yarpağından
(yarpaqda tünd rəngli ləkələr - qossipol)
və boy tumurcuğundan
ibarətdir.
Pambıq çiyidi qabığının epidermis hüceyrələrinin uzununa böyüməsi nəticəsində əmələ gələn
liflər
mahlıc
adlanır.
Bioloji xüsusiyyətləri.
Vegetasiya müddətində pambığın aşağıdakı fazaları qeydə alınır:
cücərmə (ləpəyarpaq), həqiqi yarpaqların əmələ gəlməsi, qönçələmə (bar orqanlarının əmələ
gəlməsi), çiçəkləmə və yetişmə (qozaların açılması).
Ləpələrin torpaq səthində görünməsi cücərmə fazası adlanır. Həqiqi yapaqların əmələ gəlmə
fazası, gövdədə ilk əsas yarpaqların əməl gəlməsi ilə başlayır.
Gövdədə orta hesabla 6-8 ədəd yarpaq əmələ gəldikdən sonra
dördüncü-yeddinci buğumda
birinci bar budağı, bunun da üzərində qönçələr əmələ gəlir. İlk qönçələrin seçilməsi növbəti fazanın,
yəni qönçələmənin başlanğıcı hesab edilir. Normal inkişaf edən bitkidə 9-11 bar budağı əmələ
gəldikdən sonra birinci budağının birinci çiçəyi açılır ki, bu çiçəkləmə fazasının başlanğıcı kimi
qeyd edilir.
Çiçəkləmədə olduğu kimi yetişmə də aşağıdan yuxarıya doğru davam edir. Ən aşağıdakı bar
budağının birinci qozasının açılması yetişmə, yaxud qozanın açılma fazasının başlanğıcı hesab
olunur.
Şəkil 50. Becərilən pambıq növlərinin çiçəkləri
:
yuxarida - çiçəklər açıldığı gün; aşağıda - qönçələr çiçəkləmə ərəfəsində.
318
Əlverişli temperatur və nəmlik şəraitində səpindən cücərtilərin alınmasına qədər 5-7 gün,
cücərtilər alındıqdan həqiqi yarpaq əmələ gələnə qədər 8-12 gün, həqiqi yarpaqlar əmələ gələndən
qönçələmənin başlanğıcına qədər 25-30 gün, qönçələmənin başlanğıcından çiçəkləməyə qədər 25-
30 gün, çiçəkləmədən yetişməyə qədər 50-60 gün keçir.
Ümumiyyətlə səpindən yetişmənin başlanğıcına qədər uzun və orta lifli sortlarda 125-150 gün,
zərif lifli sortlarda isə 145-160 gün keçir. Sortdan və becərilmə texnologiyasından asılı olaraq bu
müddət 10-15 günə qədər artıb azala bilər.
Pambıq bitkisi yüksək temperatura tələbkardır. Onun toxumu 10-
12
0
C temperaturda cücərməyə başlayır. 20-25
0
C-də
isə daha sürətlə
cücərirlər. Cücərtilərin alınması üçün minimal temperatur 14-15
0
C-dir.
Cücərtilər - 1-2
0
C, böyümüş bitkilər isə - 3-5
0
C şaxtalarda məhv
olurlar. Generativ orqanların formalaşması və çiçəkləmə üçün 20
0
C
temperatur lazımdır. Bitkinin normal inkişafı üçün optimal temperatur
25
0
C-dir. Çiçəkləmə və qönçələmə dövründə daha çox temperatur (25-
30
0
) tələb olunur. Faydalı temperaturun cəmi tez yetişən sortlarda 3000
0
C, orta müddətdə 3400
0
C,
gec yetişən sortlarda isə 4000
0
C- dir.
Pambıq nisbətən quraqlığa davamlı bitkidir. Dərinə işləyən kök
sistemi torpaqaltı sulardan istifadə etməyə imkan verir.
Su fotosintez
prosesinin gedişində bilavasitə iştirak edən əsas yaşayış amillərindən
biridir. Bitki kökləri vasitəsilə aldığı suyun az bir hissəsini üzvi
maddələrin əmələ gəlməsinə sərf edir. Suyun əsas hissəsi
transpirasiyaya ilə bitki toxumalarında protoplazmanın
normal
fəaliyyəti üçün zəruri hesab edilən su ehtiyatının saxlanmasına sərf
olunur. Pambıq məhsulunun əmələ gəlməsinə sərf olunan suyun
miqdarı bitki tərəfindən istifadə olunan və torpaqdan buxarlanan suyun
cəmindən ibarətdir. Transpirasiya əmsalı 500-600-700-ə çatır.
Suvarmaya tələbkar bitkidir. Yaxşı məhsul verdikdə hektara 5-8 min
ton su sərf edir.
Pambıq işıqsevən qısa gün bitkisidir. Təbiətdə işıq və
temperaturun təbii mənbəyi günəşdir. K. A. Timiryazev göstərir ki,
münbitlik günəşdən gələn işıq enerjisinin miqdarından asılıdır.
Pambıq bitkisi açıq və günəş şüası ilə tam işıqlanan sahələrdə yaxşı inkişaf edir. Yarpaq
ayaları bütün gün ərzində günəş şüalarına perpendikulyar olur, daima vəziyyətini günəş şüalarının
düşdüyü istiqamətdə dəyişdirir. Gün batdıqdan sonra yarpaq ayaları aşağı
sallanaraq gövdəyə
sıxılır. İşıq çatışmadıqda bitki yaxşı inkişaf etmir, bar orqanları və yeni əmələ gəlmiş qozalar
tökülür.
Pambıq bitkisi qısa gündə (9-10 saat) daha yaxşı inkişaf edir. İşığa olan tələbat hər hektarda
olan bitkilərin miqdarından asılıdır.
Pambıq bitkisi üçün yüngül gillicəli torpaqlar əlverişlidir. Ağır gillicəli torpaqlarda yüksək
aqrotexniki fonda yüksək məhsul götürmək mümkündür.
Qumsal torpaqlar az əlverişlidir. Bu torpaqların su keçirmə qabiliyyəti artıq, hava tutumu çox,
su saxlama
qabiliyyəti pis olduğundan, torpaq tez quruyur və bitkilərin suya tələbatı ödənilmir.
Çəmən və boz torpaqlar, tünd-şabalıdı, şabalıdı, açıq-şabalıdı, çəmən torpaqlar da pambıq
üçün yararlıdır. Qrunt suyu yaxın olan və turş torpaqlar pambıq üçün yararsızdır.
Şoran torpaqlar şorlaşma dərəcəsindən asılı olaraq əkin üçün tam yararlı, yaxud az yararlı ola
bilər.
Pambıq bitkisinin tərkibində 74-ə qədər kimyəvi element müəyyən edilmişdir.
Qida elementlərinin mənimsənilməsi ayrı-ayrı inkişaf dövrlərində müxtəlif olur. Çıxış
dövründə bitki qida maddələrini az mənimsəməklə qönçələmə fazasına qədər güclənir.
Qönçələmədən yetişmə fazasına qədər qida maddələri sürətlə mənimsənilir, sonradan yenə də
zəifləyir.
Şəkıl 51. Pambığın
yarpağı,
çiçəyi və
qozası.
319
Bitkinin bar orqanları torpaqdan mənimsənilən azot və fosforun hesabına inkişaf edir. İnkişaf
fazalarının müxtəlif dövrlərində qida maddələrinin normal olması boy və inkişafa, fizioloji
funksiyalara müsbət təsir göstərir.
Pambıq bitkisi inkişafının ilk dövrlərində azot,
fosfor və kaliumu az, sonrakı inkişaf
fazalarında isə daha çox mənimsəyir. İlk dövrlərdə fosfor kifayət qədər olmadıqda kök sisteminin
və bar orqanlarının inkişafı ləngiyir. Bioloji xüsusiyyətinə görə pambıq bitkisi qönçələmə və
çiçəkləmə fazalarında intensiv surətdə boy atır və bu dövrdə azot,
fosfor və kaliumu çox
mənimsəyir.
Amerikan alimlərinin məlumatlarına görə, pambıq bitkisinin kök sisteminin və yerüstü
kütlənin əmələ gəlməsinə sərf olunacaq qida maddələrinin 30-55%-ni azot, 5-7%-ni fosfor və 7-
10%-ni kalium təşkil edir.
Dostları ilə paylaş: