323
Adətən çiyid zavodlarda dərmanlanır əvvəlcə üçxlorfenolyat mislə (TXFM), sonra
heksaxloranla 1 ton toxuma 7 kq hesabı ilə dərmanlanır. Çiyid 20 sm qalınlıqda sərilir və kürəklə
yaxşı qarışdırılır.
Tüklü çiyidin tez çərtməsi üçün səpindən əvvəl onu islatmaq lazımdır. Çiyidi islatdıqda onun
rüşeymi şişir, onda həyat fəaliyyəti oyanır və böyümə başlayır.
Çiyidi islatmaq üçün sement və ya asfalt döşənmiş meydançalarda 20-30 sm qalınlığında və
1,0-1,5 m enində sərirlər. Bir ton çiyidə bir dəfəyə 250-300 litr su çilənməlidir. İsladılmış çiyid 60-
70 sm tığa yığılır. Suyun çilənməsi və tığın qarışdırılması 3-4 saatdan bir təkrar olunur. İsladılma
müddətində 1 ton quru çiyid 500-800 litr su uda bilir. Çiyidi bol suda həddindən artıq islatmaq
olmaz, çünki çox isladılan çiyidin rüşeymi şişir və cücərməsi məhdudlaşır, az islatdıqda isə əksinə
həyat fəaliyyəti yüksəlir.
Dərmanlanmış çiyidlərin axar suda isladılmasına yol vermək olmaz. Çünki, onun üzərindəki
dərman tamamilə yuyulub su ilə gedir. Səpsuvar üsulu ilə səpin apardıqda çiyid quru səpilir, sonra
suvarma aparılır.
Kökçürümə xəstəliyi və gəmirici həşəratlara (sovka) qarşı 1 ton toxuma 12 kq TMTD və
cücərtiləri gəmiricilərdən qorumaq üçün 40 kq heksaxloran dustu sərf edilir.
Səpin müddəti, üsulu və norması.
Səpin müddətinin düzgün təyin edilməsi gümrah və tam
çıxış alınmasının əsas şərtlərindən biridir. İstər faraş, istərsə də gecikdirilmiş səpinlər yaxşı nəticə
vermir.
Ən yaxşı səpin müddəti torpaqda temperatur 11-12
0
C havanın temperaturu 13-14
0
C olduğu
vaxtdır. Torpaqda normal havalanma getdikdə və çiyid yaxşı nəmləndikdə 10-15 günə normal
çıxışlar alınır. Yeni cücərən bitkilər xəstəlik və zərərvericilərin kütləvi artmasına qədər
möhkəmlənir, kökləri torpağın dərin qatlarına işləyərək oradakı nəmlikdən istifadə edirlər.
Torpaqda temperaturun və nəmliyin olmasına tüksüzləşdirilmiş çiyidlər çox hərisdirlər. Bu çiyidlər
3-4 saat ərzində şişib cücərməyə başladığı halda, tüklü çiyidlərin şişməsinə ən azı bir sutka vaxt
lazımdır.
Səpin müddəti torpaq tipindən asılıdır. Qranulometrik tərkibi yüngül olan torpaqlar
Dostları ilə paylaş: